Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / İlhamə Quliyeva haqda sensasion iddia: “Ondan icazəsiz…”

İlhamə Quliyeva haqda sensasion iddia: “Ondan icazəsiz…”

“Xalq artisti İlhamə Quliyeva göründüyü kimi deyildi. O, efirdə elə görünürdü. Amma əslində İlhamə xanım kövrək qəlbli, gözəl insan idi. Nə edirdisə, yaxşı edirdi, ona yaraşırdı. O, gərək ondan da artığını edərdi. Düz edirdi, elə etməsəydi… Onun sağlığında o qədər at oynatmaq istəyən var idi ki…”  

Bizim.Media xəbər verir ki, bu sözləri meyxanaçı Samirə Yusifqızı qonaq olduğu “AStar” verilişində deyib.

Sənətçi bildirib ki, mərhum Xalq artisti İlhamə Quliyevanın icazəsi olmadan heç bir müğənni efirə çıxa bilməzdi:  

“İlhamə xanımın təkəbbürlü olması, ona yaraşırdı və bu sənətin “kraliçası” idi. Üzüyün brilliant qaşı idi. İlhamə xanım sağ ikən şou-biznesdə nizam-intizam vardı.  İlhamə xanımın icazəsi olmadan kim efirə çıxıb, at oynada bilərdi? O, icazə verməli idi ki, hansısa müğənni efirə çıxsın. Yoxsa, ona elə bir “divan” tuta bilərdi ki, sənətdən qaçardı. İlhamə xanım sənətkar idi. Onun “qılıncının altından” keçmək lazım idi. İlhamə xanımın gərək müğənniyə xüsusi rəğbəti olaydı ki, efirə çıxa bilsin. Bir sözlə müğənni özünü İlhamə xanıma bəyəndirməli idi”.  

https://baku.tv/embed/79665

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …