Ana səhifə / Şou Biznes / İlhamə Quliyevanın miras qalmaqalına son qoyuldu

İlhamə Quliyevanın miras qalmaqalına son qoyuldu

“Mərhum İlhamə Quliyevanın hüquqi varisləri bacıları İradə və Gülbahardır. Məhkəmə sərvətin bölüşdürülməsi ilə bağlı onların xeyrinə qərar çıxarıb”.

Bu barədə Modern.az-a açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın yaxın qohumu müğənni Əli Mirəliyev deyib.

O, İlhamə Quliyevanın sərvətinin hüquqi varisləri haqqında danışarkən “oğulluğu Orxan İlhamənin heç nəyidir” deyib.

Ə.Mirəliyevin sözlərinə görə, məhkəmənin qərarından soran varislik və sərvət iddiasına son qoyulub.

“Orxan İlhamə Quliyevanın heç nəyidir. Mən isə İlhamə Quliyevanın dayısının kürəkəniyəm. Məsələn mən o işdə kiməm ki, sərvədə iddialı olum…

İlhamə Quliyeva sadəcə olaraq mənə inanırdı və məni çox istəyirdi. Amma bu o demək deyil ki, mən sərvətə hüquqi varis olmalıyam. Hər inanılan adam varis ola bilməz. Hüquqi varislik statusu İlhamənin bacılarındadır”-deyə Əli Mirəliyev bildirib.

Xatırladaq ki, xalq artisti İlhamə Quliyeva vəfat edəndən sonra onun oğulluğu Orxan Nadirov, bacıları və yaxın qohumları arasında varislik və sərvət qalmaqalı qopmuşdu.

Həmçinin oxuyun

Müğənni Operativ Qərargahı tənqid etdi

Müğənni Kərim Abbasov Operativ Qərargahı tənqid edib. İşləmək üçün Rusiyaya gedən sənətçi pandemiya ərəfəsində tədbiq …

Bir cavab yazın