Bazar ertəsi , Noyabr 23 2020
Ana səhifə / Şou Biznes / İlhamə Quliyeva estetik əməliyyatdan ölüb? Həmkarı danışdı

İlhamə Quliyeva estetik əməliyyatdan ölüb? Həmkarı danışdı

“İlhamə Quliyevanın ayaqlarından damar çıxarılmışdı”.
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuzə İbadova Xalq artisti, mərhum sənətkar İlhamə Quliyevanın ölümünün əsl səbəblərindən danışarkən deyib. 
Müğənni bildirib ki, İlhamə Quliyevanın ölüm səbəbi ilə bağlı bu günlərdə mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Onun ürəyi əməliyyat olunub. Həmin vaxt ayağını açıb damar götürüblər və ürəyinə qoyublar. Onu Rəşad həkim əməliyyat edib. İlhamə xanım ayağında estetik əməliyyat etdirməyib. Şəkəri vardı. Ayağı açılandan sonra şəkər imkan vermədi ki yaraları sağalsın.  Onun ayağında yaranan problemlər şəkər xəstəliyinin əlamətlərindən olub. Necə ildir ki, İlhamə xanım dünyasını dəyişib, yenə də sözü-söhbəti bitmir”. 
Qeyd edək ki, Xalq artisti İlhamə Quliyevanın ölüm səbəbi haqda iddialar dilə gətirilib. Məlumatda “Ayaqlarını estetik əməliyyat etdirdi. Keyfiyyətsiz gel vurdular, o da ayağına çürümə verdi. Dəhşətli mənzərə idi, bütün əti çürümüşdü, sümüyü qalmışdı”, – deyə bildirilib.
Xatırladaq ki, Xalq artisti İlhamə Quliyeva 2012-ci ildə  ürəyindən əməliyyat olunub. Mərkəzi Nefçilər Xəstəxanasının Ürək və damar xəstəlikləri mərkəzinin rəhbəri, həkim Rəşad Mahmudov şuntlama əməliyyatının üğurlu keçdiyini bildirib.
2015-ci ildə isə Xalq artisti İlhamə Quliyeva Türkiyədə ayağından əməliyyat olunub. O, mətbuata açıqlamasında Azərbaycanda keçirdiyi ürək əməliyyyatından sonra damarlarında problem yarandığını bildirib.

Həmçinin oxuyun

“Ermənilər Paşinyanın ətindən dönər hazırlamaq istəyirlər” – Brilliant Dadaşova

“Yaralar o qədər dərindir ki, onların qaysaq bağlamasına  hələ çox vaxt lazımdır. Çünki biz təkcə …