Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Şou Biznes / “İlhamə Quliyeva bilirdi ki, ayaqüstə durmayacaq”

“İlhamə Quliyeva bilirdi ki, ayaqüstə durmayacaq”

Xalq artisti Faiq Sücəddinov mərhum İlhamə Quliyeva ilə bağlı fikirlərini bölüşüb.

Azinforum.az-ın məlumatına görə, bəstəkar “5/5” verilişində onun dünyasını dəyişəcəyini bildiyini deyib:

“Hər bir insanın həyatdan getməyi kədərdi. İlhamə xanım həmişə kiməsə “toylar kralı, şahzadə” titulları verirdi. Amma özünə doğrudan da gözəl ad qoymuşdu: Primadonna. İllər keçəcək, İlhamə, İlhamə Quliyeva, sənətkar, primadonna deyəcəklər. Amma unutmayaq ki, onun sənəti, özünəməxsus səsi var idi. Hər zaman fikirlərini mənlə bölüşürdü. O, bilirdi ki, ayaqüstə durmayacaq. Mən onun bu halını 1 ay bundan əvvəl bilirdim. Böyrəyində problem var idi. Mənlə danışanda dedi ki, mahnı gətir tez yazaq. Deyirdi, mütləq oxuyacam”.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın