Şənbə , Noyabr 28 2020
Ana səhifə / Şou Biznes / İki nazir Hollivud ulduzu ilə yürüşdə – Fotolar

İki nazir Hollivud ulduzu ilə yürüşdə – Fotolar

 Azərbaycanda “Offroad” yürüşü keçirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, dekabrın 19-u və 20-də 25 “Offroad” avtomobilinin iştirakı ilə  yürüş Qəbələ-Oğuz-Şəki-Zaqatala marşrutu üzrə təşkil edilib.

Yürüş zamanı Gənclər və idman naziri Azad Rəhimov, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov federasiya üzvləri və müxtəlif yarışlarda qələbələr əldə etmiş “Offroad” komandası ilə görüşüblər.Tədbirdə dünya şöhrətli aktyor və rejissor Stiven Siqal da iştirak edib.

Yürüşdə məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, həmçinin regionlarda avtomobil həvəskarlarının bu idman növünə cəlb olunmasıdır.

Qeyd edək ki, Avtomobil Federasiyasının dəstəyi ilə Azərbaycan komandası müxtəlif “Offroad” yarışlarında, o cümlədən bu il Türkiyədə keçirilən “Offroad” yarışlarında iştirak edib. “Offroad” klubu bu il dünyanın müxtəlif ölkələrinə səyahət edən avtomobilçilərdən ibarət “Dünya bizimdir” adlı beynəlxalq ekspedisiyada da təmsil olunub.

İki nazir Hollivud ulduzu ilə yürüşdə -  Fotolar

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …

Bir cavab yazın