Ana səhifə / Şou Biznes / İki müğənninin ixtilafı – Sevda Ələkbərzadə və Türkan Vəlizadə

İki müğənninin ixtilafı – Sevda Ələkbərzadə və Türkan Vəlizadə

“Vaqif Mustafazadə, xalçaçılıq, rəssamlıq, bir sözlə, mədəniyyət ocağı olan İçərişəhərdə bu cür musiqi səsləndirilməsi məni dəhşətə gətirdi”.

Bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə öz “İnstagram” profilində jurnalistlərə videomüraciətində deyib.

Novruz bayramı münasibətilə İçərişəhərdə keçirilən konsertdən müğənni Türkan Vəlizadənin “Ağlıma bir ad gəlir” ifasını paylaşan Əməkdar artist daha sonra qeyd edib:
“Mənim adımı heç kiminki ilə birgə hallandırmayın, şəklimi paylaşmayın. Mən oradakı ifaçını tanımıram. Bu Azərbaycanın ən əsas, gözəl Novruz bayramında olan bir konsertdir. Lap turistlər yox, azərbaycanlı insanlar, uşaqlar gəlir. Zövqdən danışırıq, belə bir musiqi səslənə bilər? Biz avtovağzalda, taksidə, bazarda səslənən musiqidən danışmırıq. Biz İçərişəhərdə, Novruz bayramında olan musiqidən danışırıq. Mənim sözüm onlaradır ki, bu işlə kim məşğul olur? Belə özəl gündə və özəl yerdə niyə belə musiqi səslənir?”

turkan.jpg (52 KB)

Müğənni Türkan Vəlizadə Əməkdar artist Sevda Ələkbərzadənin onun ifasını tənqid etmsinə reaksiya verib. Müğənni “İnstagram” səhifəsində tənqid olunan “Ağlıma bir ad gəlir” mahnısını paylaşaraq, qeyd edib: “Repertuarımda ilk istənilən mahnı… Ataların bir misalı var: “Azlıq hər zaman çoxluğa tabe olur!” Allah məni sevənlərə məni çox görməsin”. Musavat.com

Həmçinin oxuyun

Şəbnəm Tovuzlu 19 il sonra gəlinlik geyindi – VİDEO

Müğənni Şəbnəm Tovuzlu efirə gəlinliklə çıxıb. İfaçı “Tarixin bir günü” verilişinə bu formada qatılıb. O, …