Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / İki ayda 115 piyadanı maşın vurub – 40 ölü

İki ayda 115 piyadanı maşın vurub – 40 ölü

Bu ilin ilk iki ayı ərzində respublika ərazisində 267 yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Azərtac-a bildirib ki, hadisələr nəticəsində 78 nəfər ölüb, 287 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 106, ölüm isə 74 fakt azalıb.

Qəzaların 100-ü paytaxtda qeydə alınıb. Bu hadisələr zamanı 19 nəfər ölüb, 105 nəfər yaralanıb.

K.Əliyev deyib ki, hadisələrin 115 piyadavurmadır. Nəticədə 40 nəfər ölüb, 80 nəfər xəsarət alıb.

Bundan əlavə, avtomobillərin ötmə və manevretmə qaydalarının pozulması və qarşı hərəkət zolağına çıxması nəticəsində 97, müəyyən edilmiş sürət həddinin aşılması səbəbindən isə 62 yol qəzası törədilib.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın