Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / İflasın fotosu – ”Yeganə və Yeganəddin”

İflasın fotosu – ”Yeganə və Yeganəddin”

Bu, özlərinə “Yeganə” deyən Milli Şura rəhbərliyinin iş prosesindən çəkilmiş fotodur. Onu bu qurumun üzvü Oqtay Gülalıyev özünün Feys səhifəsində yayıb. Qeyd edib ki, həbsdən yeni çıxmış keçmiş siyasi məhbus, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Milli Şuranın Koordinasiya Mərkəzinin toplantısında iştirak edib: “ Maraqlı fikir mübadiləsi və müzakirələrimiz oldu”, deyə yazıb, Oqtay bəy.
Gülalıyev və Yaqublu ilə işimiz yox. İkisi də yaxşı oğlanlardır –  Gülalıyev mənzərə çəkib, paylaşıb, dostumuz Tofiq bəysə vəfa borcu gərəyi həbsi zamanı onu dəstəkləyən daha bir ünvanı ziyarət edib.
Lakin bu foto ilə bağlı qeydlərimiz var!
Özlərinə  “Yeğanə” deyənlər, xalqa Milli Şuranı iqtidara alternativ kimi göstərənlər, onlara biət etməyənləri satqınçılıqda suçlayanlar rəsmən avaraçılıqla məşğuldurlar. Bu foto həmin avaraçılığın, siyasi iflasın rəsmidir. Sözün bitdiyi yerdir!
Milli Şuranın obyektivə düşən üzvlərinin qarşılarındakı vərəqlərə baxın! İki nəfərin önündəki kağızlar aydın görünür. Oraya qat-qarışıq yumrular çəkiblər, İŞARƏLƏR qoyublar, qaralayıblar, çizik atıblar.
Vərəqlərdə bircə söz də yoxdur! Heç, hərf də yoxdur! Rəqəm qoyulub, qeyd aparılmayıb! Danışıq planı, ya da danışılanlardan qeydlər gözə dəymir. Yeyilmiş tortlar, onların altındakı təkdəfəlik, bulaşıq qablar, qaşıq və stəkanlar elə bir miskin mənzərə yaradır ki…
Fotonun sağındakı ağsaqqal da digər həmkarları kimi boşluğa xətlər çəkir –  verilmiş fəzada içindəki qırıqlığın rəsmini qeyd edir.
Sədr yas yerinə siyahı yazan kənd müəlliminin pozasındadır –  xəttinin yaxşı olmasına burada da qeyrət edir. Fərqi yoxdur, nə etsə də, onu müəllim ciddiyyəti müşayiət etməlidir.
“Yeganə”nin siyasətçi bajısı, müxalifətin füsunkar ledisi başını aşağı salıb, zülflərini üzünə töküb, vacibatla –  telefonunun ekranına baxmaqla məşğuldur.  O biri isə “Yeğanə+ddin”dir, fotomuzun əsas qəhrəmanıdır. Müxalifəti son 13 ildə iqtidarla bir yerdə çökdürən, parçalayıb bitirən lider!
Yalnız o dinləyir, Tofiq Yaqublunu. Ya da özünü dinləyirmiş kimi göstərir.
Və səhnə tamamlanır.
Bunlardan bu hakimiyyəti yıxmağı gözləyənlərsə, hələ çox gözləyərlər. Ən azından, daha bir 23 il!
Allahın səbr kasası böyükdür. Çünki zamanı çoxdur –  hər şey kimi, zaman da ona məxsusdur.
Lakin siyasi müxalifət anlayışı həm də zamanla yarışmanı özündə ehtiva edir. Azərbaycanın “Yeganə” müxalifəti zamanla yarışdı…
Və bu günə düşdü…
musavat.com

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın