Cümə , Oktyabr 23 2020
Ana səhifə / Şou Biznes / “İDEAL”ın baş direktoru istefa verdi

“İDEAL”ın baş direktoru istefa verdi

Məşhur parfum və kosmetika mağazaları şəbəkəsi “İDEAL”ın baş direktoru İlqar İsmayılov istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda İsmayılov özü məlumat verib. O qeyd edib ki, mənəvi dəyərlərimi qorumaq üçün bu addımı atmalı olub: “Sevimli “İdeal” ailəsi, əziz və dəyərli dostlarım! Yeni ilinizi təbrik edirəm. Sizi tanıdığıma, 18 il boyunca sizlə birlikdə çalışdığıma görə Allaha çox şükürlər edirəm.

Əzizlərim, doğmalarım! Sizlərlə bir qərarımı bölüşmək istəyirəm, yazmağı belə ağır olsa da. Qısa bir zaman kəsiyində “İdeal” şirkətinin baş direktoru vəzifəsindən istefa vermək qərarını verdim. Səbəblər müxtəlifdir, ən əsası-mənəvi dəyərlərimi qorumaq vacibiyyətindən qaynaqlanır.

Qərarımı anlayışla qarşılayacağınıza ümid edirəm, məni qınamayın. Şirkətimizin sektorda lider qalması üçün, 504 nəfər ailə üzvümüzün maddi və mənəvi haqlarının qorunması üçün əlimdən gələni əsirgəmədiyimə qətiyyən şübhəniz olmasın. Sizi çox sevirəm, şəxsim üçün olduqca dəyərlisiz!”

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …

Bir cavab yazın