Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / İctimai yerdə siqarət çəkənlər – 1000 manatadək cərimələnəcək

İctimai yerdə siqarət çəkənlər – 1000 manatadək cərimələnəcək

Tütün məmulatlarının satışının reklamı qadağan olunur.

Qafqazinfo” xəbər verir ki, bu məsələ “Tütün və tütün məmulatı haqqında” qanuna nəzərdə tutulan dəyişiklikdə nəzərdə tutulub. Belə ki, tütün məmulatlarının məhdudlaşdırılması ilə bağlı qanunun 20.2 maddəsinə dəyişiklik edilib. Maddəyə edilən dəyişikliyə əsasən tütünün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.

Bundan əlavə olaraq, ictimai yerlərdə siqaret çəkənlər cərimələnəcəklər. Qanunu pozan vəzifəli şəxs 400 manatdan 1000 manatadək cərimələnəcək. Təyyarədə siqaret çəkənlər 100 manat, qatarda 40 manat, metroda siqaret çəkənlər 50 manat, ictimai nəqliyyatda isə siqaret çəkənlər 40-50 manat cərimə olunacaqlar. Müzakirələrdən sonra qanuna dəyişiklik qəbul edilib.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın