Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / İctimai fəaliyyəti ilə seçilən ziyalı

İctimai fəaliyyəti ilə seçilən ziyalı

…Sabah istəkli dostum, tanınmış iqtisadçı, uzun illər bank və vergi sistemində məsul sahələrdə çalışmış Hüseyn Nəriman oğlu Səfərovun 60 illik yubileyidir.
H.Səfərov 1957-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1974-cü ildə Naxçıvandakı N.Tusi adına 9 saylı orta məktəbi bitirmişdir. 1980-ci ildə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirmişdir. İqtisadçıdır, iqtisad elmləri namizədidir. O, 1980-ci ildə təyinatla Naxçıvan MR Maliyyə Nazirliyində işə başlamışdır. İctimai-siyasi fəallığına görə H.Səfərov 1981-ci ildə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komitəsinə irəli çəkilmiş, 1983-cü ildə Naxçıvan Kooperativlər İttifaqı İdarə Heyətinin üzvü və şöbə müdiri təyin edilmişdir.
1986-cı ildən 1993-cü ilə kimi Naxçıvan şəhər Əmanət Bankının yerli şöbəsinin müdiri, 1993-cü ildən Respublika Əmanət Bankında əməliyyat İdarəsinin Səbayel filialının müdiri işləyən H.Səfərov 1995-ci ildə isə Azərbaycan Respublika Əmanət Bankı İdarə Heyətinin sədri vəzifəsinə irəli çəkilmişdir.
H.Səfərov 1997-ci ildə Azərbaycanın vergi orqanlarında fəaliyyətini davam etdirmiş, Abşeron, Xəzər, Binəqədi rayonlarının Vergilər İdarələrinin rəisi, 2003-cü ildən isə Bakı şəhər Vergilər Departamentinin 3 saylı Ərazi vergilər İdarəsinin rəisi olmuşdur. 2005-ci ildən 2010-cu ilədək isə o, «Kapitalbank»ın «Tərəqqi» filialının müdiri işləmişdir. 2010-cu ildən «OLİMP-RS» Şirkətinin təsisçisi və rəhbəridir.
Mən son illər mətbuatda Hüseyn müəllimin bir tanınmış iqtisadçı-ekspert kimi çıxışlarını da diqqətlə izləyirəm. Onun Azərbaycanın bank sektorunun bəzi problemləri barədə olduqca dəyərli fikirləri, bəzi hallarda keçmiş maliyyə və bank sektoru rəhbərlərini əsaslı olaraq tənqid etməsi, Azərbaycanın pul-kredit siyasəti ilə bağlı maraqlı təkliflər verməsi xüsusilə diqqətimi çəkib. H.Səfərov hələ ötən ilin əvvəllərində manatın devalvasiyası ilə bağlı əvvəlcədən mütərəqqi proqnozlar vermiş, bunun qarşısının alınması üçün dəyərli təkliflər irəli sürmüşdü. Onun bir sıra elmi-iqtisadi məzmunlu məqalələri həmişə maraqla qarşılanmışdır.
Əziz dostum haqqında bir məqamı da deməyi özümə borc bilirəm ki, o, Ümumilli lider Heydər Əliyevin etimad göstərdliyi kadrlardan biri olub və Yeni Azərbaycan Partiyasının fəal üzvlərindəndir. İnd idə YAP təəssübkeşi kimi bu istiqamətdə fəaliyyətini davam etdirir.
İstəkli dostumu 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür və can sağlığı, gələcək işlərində uğurlar diləyirəm!
Ramiz Rzayev,
iqtisad elmləri doktoru, professor

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın