Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / İcra nümayəndəsi özünü niyə öldürmək istəyib?

İcra nümayəndəsi özünü niyə öldürmək istəyib?

Qubanın Xınalıq inzibati ərazi vahidi üzrə icra nümayəndəsi Füzuli Şərifovun vəziyyəti ağır olduğundan Bakıya göndərilib. O, dekabrın 2-də intihara cəhd edib.

AzVision.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosuna Quba Mərkəzi Rayon Xəstəxanasından məlumat verilib. Xəstəxanadan deyiblər ki, Şərifov el arasında “bit dərmanı” adlanan niafidol dərmanı içibmiş.

O, Kliniki Tibbi Mərkəzə dekabrın 3-də sanitar helikopterlə həkim-toksikoloqun müşayiəti ilə gətirilib. Gələndə çox ağır vəziyyətdə olub.

Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiriAzər Maqsudov deyir ki, Füzuli Şərifov hazırda reanimasiyadadır: “Vəziyyəti hazırda çox ağır olaraq qalır. Reanimasiya bölməsindədir. Bir neçə gündür krizisdədir. Həkimlər əllərindən gələni edir. Bu gün konsilium olub. Krizisdən bir neçə sutkaya çıxmalıdır”.

Həkim deyir ki, Füzuli Şərifov özünü öldürmək üçün zəhər içib.

Bəs icra nümayəndəsi intihara niyə əl atıb?

Azər Maqsudov deyir ki, vəziyyəti ağır olduğundan hələ bu mövzuda onunla söhbət edə bilmir: “Bunu xəstə özünə gələndən sonra biləcək. Dediyinə görə, özünə qəsd məqsədi ilə zəhər içib. Bir neçə qurtum içib. İndi vəziyyəti kəskin ağırdır deyə bu mövzuda onunla çox söhbət edə bilmirəm. Ona görə ki, boğazında yanıq var, səsi çox zəif gəlir. Ancaq sonra psixiatrı dəvət edəcəyik, onunla söhbət eləsin və məsələ aydınlaşsın”.

Bu vəziyyətdə olan xəstələri həyata qaytarmaq mümkündürmü?

Azər Maqsudov deyir ki, ilk növbədə o, krizisdən çıxmalıdır: “Ondan sonra vəziyyəti haqqında proqnoz veriləcək”.

Yerli media Füzuli Şərifovun borc üstündə intihar etdiyini bildirir. Yaxınları isə onun səhvən dərman içdiyini deyib. Onu tanıyanlar icra nümayəndəsinin aldığı maaşla və həyətyanı təsərrüfatı ilə dolandığını bildirirlər.

Həmkarları da Şərifovun intihar səbəbi barədə məlumatsız olduqlarını söyləyirlər.

Bunu Quba Rayon İcra Hakimiyyəti informasiya təminatı şöbəsinin aparıcı məsləhətçisi Qoşqar Həsənov deyir: “İntihara cəhddir. Bilirik ki, bit dərmanı içib. Səbəbini isə bilmirik. Bu, hələ araşdırılır”.

İcra hakimiyyətinin əməkdaşı Füzuli Şərifovun yaşayışı, psixoloji durumu haqqında məlumatsız olduğunu dedi.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın