Ana səhifə / Şou Biznes / İcra məmurlarından Fikrət Məmmədova şikayət – NARAZILIQ VAR…

İcra məmurlarından Fikrət Məmmədova şikayət – NARAZILIQ VAR…

Nizami rayonu, M.X. Şərifli küçəsi, ev 98, mənzil 47-də yaşayan Allahverdiyev Eyvaz Əziz oğlu Ədliyyə Naziri Fikrət Məmmədova, AR Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Xanlar Zeynalova mürciət edib. Müraciətdə Eyvaz Allahverdiyev icra məmurlarından şikayətlənir. Dia.az moderator.az-a istinadən həmin müraciəti təqdim edir.

“Hörmətli Ədliyyə Naziri!

Hörmətli İdarə Rəisi!

Masallı rayon Məhkəməsinin 2(050)-1816/2013 №-li 19.11.2013-cü il tarixli qətnaməsi ilə cavabdeh Hüseynov Valeh Hüseyn oğlundan 8000 (səkkiz min) manat əsas kredit borcunun alınaraq mənə ödənilməsi qət edilmişdir.

Qərar qanunu qüvvəsini almış və 2014-cü ildə icraya yönəldilmişdir. Lakin uzun müddət icra edilməmişdir. Mənim Sizin nazirliyə yazılı şikayətlərimdən sonra mənə cəmisi 900 manat pul qaytarılmışdır.

Hörmətli Nazir!
Hörmətli İdarə Rəisi!

Hesab edirəm ki, məhkəmə qərarının bu günədək icra edilməməsinin əsas günahkarları İcra Baş İdarəsinin Masallı rayon İcra Şöbəsinin vəzifəli şəxsləridir. Belə ki, icra məmurları borcluya qarşı heç bir məcburi icra tədbirləri görmür. Bu da mənə icra məmurlarının borcun borclu tərəfindən mümkün qədər gec qaytarılmasında maraqlı olduqlarını güman etməyə əsas verir, əks halda icra məmurları mənə telefonla zəng edib ayda 100 manat ödənişlə razılaşmağımı təkidlə təklif etməzdilər. Məhz icra məmurlarının günahı ucbatından mənim məhkəmə qərarı ilə qət edilmiş alacağım məbləğin qalan hissəsi – (7100 manat) axırıncı bir il ərzində 2 dəfə devalvasiyaya uğrayaraq öz dəyərini 100 %-dən çox itirmişdir. Hazırda Masallı rayon İcra Şöbəsinin vəzifəli şəxslərinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə iddia ilə müraciət etmişəm. Lakin hesab edirəm ki, hətta məhkəmə tərəfindən onların hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilsə belə, bu qərarın məhkəmə icraçılarına heç bir təsiri olmayacaqdır.

Bununla əlaqədar Sizdən məhkəmə qərarının icrasını üzrsüz səbəbdən illərlə yubadan və bununla mənə həm maddi, həm də mənəvi ziyan vuran Masallı rayon İcra şöbəsinin vəzifəli şəxsləri barədə müvafiq tədbirlər görməklə adıçəkilən məhkəmə qərarının icrası barədə göstəriş verməyinizi xahiş edirəm”.

dia.az

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın