Cümə , Aprel 26 2024
Ana səhifə / Şou Biznes / İcra Hakimiyyətinin maşını qəza törətdi – Ölən var

İcra Hakimiyyətinin maşını qəza törətdi – Ölən var

Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin baş memarının xidməti avtomobili qəza törədib.

“Report” xəbər verir ki, hadisə dünən axşam saatlarında şəhərin yeni Gəncə qəsəbəsində baş verib. Gəncə şəhər Memarlıq və tikinti şöbəsinin baş memarı Azad Akif oğlu Əliyevin xidməti avtomobili olan “20 AA 011” dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobil “VAZ – 2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ” da olan iki nəfər – Gəncə şəhər sakinləri 22 yaşlı Sənan Əsbərli və 18 yaşlı Tofiq Əlizadə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilsə də, bu gün bir nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın