Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Şou Biznes / İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov rayon sakinləri ilə görüşdü – FOTOLAR

İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov rayon sakinləri ilə görüşdü – FOTOLAR

 “Ambassador” Otelində  Nəsimi rayon   sakinləri ilə görüş keçirilmişdir. Görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, bu görüşün əsas məqsədi sakinlərə Azərbaycan Respublikasının Prezildenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən irimiqyaslı quruculuq işləri, xalq təsərrüfatının bütün sahələrində əldə olunan nailiyyətlər, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlər və ölkədə keçirilən beynəlxalq tədbirlər və idman yarışları haqqında, həmçinin bu işlər çərçivəsində Nəsimi rayonunda həyata keçirilən sosial layihələr və görülən işlər barədə geniş məlumat vermək, vətəndaşların müraciətlərini dinləmək, irəli sürülən təkliflərin həyata keçirilməsidir. Asif Əsgərov bildirdi ki, dünyada davam edən iqtisadi və maliyyə böhranına baxmayaraq ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı davamlı şəkildə inkişaf etməkdədir. Azərbaycan iqtisadiyyatının əsasını neft sənayesi təşkil etsə də, son illərin  inkişaf dinamikasının təhlili göstərir ki, ölkədə qeyri-neft sənayesi, ümumilikdə qeyri-neft sektorunun çəkisi sürətlə artmaqdadır. İqtisadiyyatın şaxələndirilməsi üçün dövlət başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamlar və təsdiq etdiyi inkişaf proqramları qeyri-neft sektorunda böyük canlanmaya səbəb olmuşdur. Bütün bunlar dövlətin həyata keçirdiyi, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi”nin imzalanmasından sonra əldə olunan neft gəlirlərinin qeyri-neft sənayesinin inkişafına yönəldilməsi ilə səciyyələn hərtərəfli inkişaf konsepsiyasının nəticəsidir.
Qloballaşan dünyanın tələblərinə cavab verən ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan işlərin nəticəsidir ki, bu gün təhsil infrastrukturu mühitində uğurlu addımlar atılmış, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, əhalinin məşğulluğunun artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti, din və s. məsələlərdə yeni-yeni nailiyyətlər əldə edilmişdir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  təşkilatçılığı sayəsində respublikamızda bir sıra beynəlxalq tədbirlər keçirilmiş, uğurlu layihələrə imza atılmışdır.Natiq qeyd etdi ki, ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi və demokratiyanın bərqərar olduğu dövrdə cəmiyyətimizdə gedən proseslərin düzgün qiymətləndirilməsi, ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən dərindən dərk edilməsi həyati zərurətə çevrilmişdir. Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir.
Natiq onu da qeyd etdi ki,  ölkə başçısının tapşırıqlarına əsasən  Nəsimi rayonunda yerli resurs və imkanlardan istifadə edilərək Nəsimi rayonunu paytaxtımızın ən gözəl guşələrindən birinə çevirmək istiqamətində bir sıra layihələr həyata keçirilir. Nəsimi rayonunda “Abad həyət” layihələri, yenidən əsaslı təmir edilən parklar məhz sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli keçirilməsi üçün şəraitin yaradılmasına xidmət edir.
Görüşdə çıxış edənlər Qarabağ müharibəsi veteranları,əlilləri və şəhid ailələri İctimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, rayon Ağbirçəklər şurasının sədri Zərifə Quliyeva Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və gördüyü işlər nəticəsində bütün sahələrdə əldə olunmuş müvəffəqiyyətlər, olkədə keçirilən beynəlxalq miqyaslı  tədbirlər, Forumlar, idman yarışları, xüsusilə Bakı – 2017 IV İslam Həmrəylik Oyunları barədə danışmışmışlar.
Sakinlər çıxışlarında onları narahat edən məsələlərə toxunmuş, ölkə başçısı tərəfindən aparılan siyasəti, görülən işləri yekdilliklə dəstəklədiklərini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz  minnətdarlıqlarını  bildirilmişdir.






Həmçinin oxuyun

“Maşın Şou”da final başladı

“Maşın Şou”nun “Maskarad” adlı sürətinin final mərhələsinin ilk gecəsi start götürüb. Finala çıxan 3 məşhur – …

Bir cavab yazın