Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / İcra hakimiyyəti və Abid Şərifov geri addım atdı: söküntü təxirə salındı

İcra hakimiyyəti və Abid Şərifov geri addım atdı: söküntü təxirə salındı

Bakının Yasamal rayonunda, M.A Əliyev küçəsindəki 150 və 152 saylı binaların sökülməsi təxirə salınıb. Bu barədə sakinlərə Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Sakinlərin musavat.com-a verdiyi məlumata görə, icra hakimiyyətindən bildirilib ki, binaların sökülməsi təxirə salınıb və dəqiq vaxt hələlik məlum deyil.
100-dən çox ailənin yaşadığı 2 üçmərtəbəli binaların söküləcəyi deyilmişdi. Bu səbəbdən mənzilləri tərk etmək üçün sakinlərə bir həftə vaxt verilmişdi. Lakin bina sakinləri verilən kompensasiyanın az olduğu üçün evlərini tərk etməyəcəklərini bildirmişdilər.
Yasamal Rayon İcra Hakimiyyəti əvvəlcə sakinlərə evlərin kvadratmetrinə görə 3000 manat vəd etsə də, sonradan Mənzil Kommunal İstismar Sahəsi (MKİS) bu məbləğin yarıya endirildiyini, konpensasiyanın 1500 manat olduğunu bildirmişdi. Əksər mənzillər 15, 20, 30 kvadratmetr olduğundan sakinlər kompensasiya ilə razılaşmırdılar.
Qeyd edək ki, sakinlər binaların Baş nazirin birinci müavini Abid Şərifovun nəzarət etdiyi “Kristal” MMC tərəfindən söküldyünü iddia edirlər.  Bina sakinləri qarşılaşdıqları problemin həll edilməsi üçün prezident İlham Əliyevə müraciət ediblər. Məktub binalarda yaşayan 116 məcburi köçkün və 18 yerli ailə tərəfindən prezidentə ünvanlanıb. Musavat.com

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın