Cümə , Aprel 19 2024
Ana səhifə / Şou Biznes / İcra başçısının xidməti maşınının mübhəm fotoları

İcra başçısının xidməti maşınının mübhəm fotoları

Bəzi KİV-lərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun xidməti avtomobilinin fotoları yayılıb və bu fotolar geniş səs-küyə səbəb olub. 
Məsələ burasındadır ki, reportyor.org saytı iddia edir ki, Mingəçevirin icra başçısının xidməti avtomobilində, salonda, qabaq oturacaqda oturan xanım açıq-saçıq hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb edib. Əl-qol hərəkətləri, ucadan oxudulan pop musiqi səsi, gülüş sədaları… 
Sayt sonda qeyd edir ki, onlarda başçısının xidməti avtomobilinin hansı istiqamətdə və hansı villaya getməsi ilə bağlı videogörüntülər var və bu görüntüləri növbəti yazıda təqdim edəcək.
 
Məsələnin bu qədər böyük səs-küyə səbəb olmasını nəzərə alaraq, Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdir müavini Sahib Əliyev musavat.com-a açıqlamasında bildirdi ki, həmin fotodakı kadrlar saxtadır, həqiqəti əks etdirmir:
“Tbilisi prospektindən Dərnəgül istiqamətinə gedən avtomobil həqiqətən də bizim xidməti maşındır. Digər fotoda olan avtomobil isə quraşdırmadır, saxtadır. Onun bizə heç bir aidiyyəti yoxdur. Üstəlik, fotoya baxanda hiss edilir ki, yay aylarında çəkilib. Pəncərələr açıqdır, hava da günəşlidir.
Cənab başçının sürücüsü and içir ki, heç qızını belə xidməti maşınına əyləşdirmir. Belə saxta məlumatların yayılması ilk dəfə deyil. Biz belə hallarla çox rastlaşmışıq. Məsələn, şəhərdəki Şəhidlər Xiyabanında təmir işləri aparılan zaman foto çəkib, “İcra başçısı şəhidlərə hörmətsizlik edir” başlıqlı yazı yazıblar. Hansı ki, həmin yerdə abadlıq işləri aparılıb. Daha da yaxşı hala gətirilib”.
– Sayt qeyd edir ki, “Xidməti avtomobilinin hansı istiqamətdə və hansı villaya getməsi ilə bağlı videogörüntülər var və bu görüntüləri növbəti yazıda təqdim edəcək”. Bu haqda nə deyə bilərsiniz?
 

– Bu sayt qəsdən saxta məlumatlar yayıb. Bu, üstüörtülü şəkildə rüşvət istəməkdir. Yəni deyirlər ki, “Gətirin bizə pul verin, videonu yaymayaq, səsimizi kəsək”. Bunun başqa mənası yoxdur. Onlar şantaj edirlər.
 
– Rəsmi olaraq hansısa bir tədbir görmək fikriniz varmı?
– Biz Mətbuat Şurasına rəsmi müraciət edəcəyik. Bundan sonra əgər ehtiyac olsa, digər rəsmi qurumlara da, hüquq-mühafizə orqanlarına da müraciət edəcəyik.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın