Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Şou Biznes / İcra başçısının «tamet» biznesi: 500 MİN MANAT OYUNU

İcra başçısının «tamet» biznesi: 500 MİN MANAT OYUNU

Müstəqim Məmmədov Tərtərdəki parkların bütün daşlarını öz sexində hazırlatdırır

Rayon rəhbərlərinin abadlıq və quruculuq işindən milyonlarla manat qazandığı sirr deyil. Uzun illər bu işlərdən dolayı əldə edilən gəlirlər isə icra başçılarının faktiki kapitalına çevrilib.

JAM.AZ xəbər verir ki, hələ bir qədər əvvəl dövlət başçısı İlham Əliyev də müşavirədə çıxışı zamanı bəyan etmişdi ki, əsas korrupsiya tikinti sahəsində qeydə alınıb. Ölkə rəhbərinin belə bir fikir səsləndirməsi şübhəsiz səbəbsiz deyildi. Və bunun yetərli qədər maraqlı tərəfiləri daha var. Lakin bu məsələ hazırkı yazımızın mövzusu olmadığından ona geniş toxunmayacağıq. Amma bir icra başçısının dövlət büdcəsindən ayrılan pulları necə əldə etdiyini diqqətinizə çatdıracağıq.

JAM.AZ xəbər verir ki, Tərtərin icra başçısı Müstəqim Məmmədov rayona rəhbər təyin olunan kimi, maraqlı bir addım atmağa başlamışdı. Hələ Ceyhun Cəfərovun vaxtında tikilmiş və təmir edilmiş parkların yenidən təmirə dayandırılması hazırkı icra başçısının pul qazanmaq üçün ilk taktikası idi.

Xüsusən də parklarda yerə döşənən tamet üzlüklər məsələsi əsl biznesə çevrilmişdi. Məlumatlı mənbələrin JAM.AZ-a verdiyi məlumata görə, Tərtərdə parklara vurulan tamet üzlük daşlarının istehsalçısı Yevlaxdakı sexdir. Həmin sex isə Müstəqim Məmmədova məxsusdur və onu hələ Yevlaxda icra başçısının aqrar məsələlər üzrə müavini işləyən zaman açıbmış.

Qeyd edək ki, Müstəqim Məmmədov keçmiş icra başçısının tikdiyi parkları və səkiləri sökərək, onları yenidən təmir etdirir. Təmir zamanı istifadə olunan əsas tikinti materialları isə ya icra başçısının özünə məxsus sexlərin, ya da yaxın adamlarının satdığı məhsullardır. Keçən il həyata keçirilən prosesdən əldə olunan gəlirin miqdarı isə 500 min manat civarında olduğu deyilir.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın