Ana səhifə / Şou Biznes / İcra başçısının qardaşı oğlu Olimpiya Kompleksində qumarxana açıb – GÖYÇAYDA

İcra başçısının qardaşı oğlu Olimpiya Kompleksində qumarxana açıb – GÖYÇAYDA

Icra başçısının qardaşı oğlu illərdir Olimpiya İdman Kompleksdə özbaşınalıq edir.
Göyçayın icra başçısının qardaşı oğlu Olimpiya İdman Kompleksinin bir çox otaqlarda dostları və “özəl” qonaqları üçün qumarxana yaratdığı iddia olunur.
Uzun müddətdir ki, ölkədə məmur övladlarının və qohumlarının özbaşınalığı əsas problemlərdən birinə çevrilib. Hətta bu məsələ ölkə başçısı səviyyəsində də müzakirə olundu, bir sıra məmurlar və övladları cəzalandırıldı. Amma buna baxmayaraq, bəzi məmurlar hələ də nəticə çıxarmırlar.
Bu günlərdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin qohumları, xüsusən də, məmur qardaşı oğlu ilə bağlı ilginc iddia ortaya çıxıb.
Rayondan RegionXəbərləri.com-a daxil olan məlumata görə Mübariz Ağayevin qardaşı oğlu rayon Olimpiya İdman Kompleksinin müdiri vəzifəsində çalışır. O, kompleksdə rəhbər olduğu vaxtdan burada qanunsuzluqlar baş alıb gedir. Belə ki, rayondakı Olimpiya Kompleksinin zalları müxtəlif şəxslərə icarəyə verilib. Pulsuz məşq etməli olan idmançılardan belə, hər ay pul tələb olunur.
Mənbə bildirir ki, o, hələ keçmiş icra başçısı Mənsur Məmmədovun vaxtında da Kompleksdə özbaşınalıq edib. Ancaq rayon icra başçısı Mübariz Ağayev gələndən sonra sanki kompleks onun şəxsi obyektinə çevrilib və buradan öz mülkiyyəti kimi istifadə edir.
Mənbənin iddiasına görə icra başçısının qardaşı oğlu kompleksdəki idman zallarını ayrı-ayrı sahibkaralara icarəyə verərək bu yolla pul qazanır. Kompleksin böyük zallarını bölərək sauna kimi işlədən icra başçısının qardaşı oğlu ilə və burda baş alıb gedən əxlaqsızlıqla bağlı bir neçə dəfə aidiyyatı orqanlara şikayət edilsə də, sonda heç bir nəticə əldə olunmayıb.
Mənbə onuda bildirir ki, Mübariz Ağayevin qardaşı oğlu bir çox otaqlarda dostları və “özəl” qonaqları üçün qumarxana yaradıb. Həmin qumarxanalarda demək olar ki, hər gün gecələr Göyçay rayonunda məmur işləyən şəxslərin övladları əylənir, müxtəlif qumar oyunları ilə məşğul olurlar.
Qeyd edək ki, Göyçay Olimpiya İdman Kompleksi 2010-cu il fevralın 12-də istifadəyə verilib. Burada stolüstü tennis və bilyard zalları, habelə konfrans zalı yerləşir. Üzgüçülük hovuzunun inzibati binası da müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni isə 15 metrdir. Burada sauna və digər yardımçı otaqlar da vardır. İkinci mərtəbədə isə istirahət otağı, həkim və məşqçi otaqları yaradılıb. Kompleksdə tennis kortları, mini-futbol, voleybol və digər idman növləri üzrə meydançalar və eləcə də futbol stadionu inşa edilib. İdmançıların istirahəti üçün ən müasir standartlara cavab verən 55 nəfərlik ikimərtəbəli mehmanxana və iki kottec tikilib.
Müasir avadanlıqla təchiz edilmiş trenajor zallarında, böyük zalın tamaşaçı tutumu 635 nəfərdir. Üzgüçülük hovuzunda isə yarışların gedişini 252 tamaşaçı izləyə bilər.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın