Cümə , Sentyabr 20 2019
Ana səhifə / Şou Biznes / İcra başçısının oğlu “razborka”da kimə silah çəkib?

İcra başçısının oğlu “razborka”da kimə silah çəkib?

Adil Vəliyevin biznesini idarə edən oğlu Ənvər Vəliyevin qanlı «razborka»da iştirak etdiyi bildirilir Sabunçu rayonunun rəhbəri «AQAT» şadlıq sarayını hansı vəsaitlə tikdirib?
Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin bir neçə il əvvələ kimi aktiv biznes fəaliyyəti ilə məşğul olması çoxlarına bəllidir. Əslində, adıçəkilən məmur indi də bizneslə məşğuldur. Azinforum.az gundelik-baku.com saytına istinadən xəbər verir ki, indi biznesinə şəxsən özü yox, oğlu Ənvər Vəliyev rəhbərlik edir. Məlumat üçün bildirmək istəyirik ki, paytaxtdakı «Volkswagen», «Audi», «Seat», «Porsche» avtomobillərinin satışı mərkəzi Adil Vəliyevə məxsusdur. İddialara əsasən, Adil Vəliyev icra başçısı təyin olunmazdan əvvəl «Sarı gəlin» şadlıq sarayı da ona məxsus olub. İcra başçısının biznesi haqda mətbuat səhifələrində zaman-zaman yazılar dərc edilib. Amma həmin məqalələrin heç birinə icra başçısı şəxsən özü reaksiya verməyib.

İcra başçısının oğlu kimə silah çəkib?
Apardığımız qısa araşdırmalar göstərir ki, uzun illər gərgin bizneslə məşğul olan icra hakimi bu gün həmin şəbəkəni daha da genişləndirməkdədir. Özəl mənbələrin gundelik-baku.com saytına verdiyi məlumatda bildirilir ki, Sabunçu rayonunun abadlaşması istiqamətində heç bir təqdirəlayiq iş görməyən başçı ancaq şəxsi imkanlarının genişlənməsinə çalışır: «Rayon rəhbəri abadlıq adı altında Bakıxanov qəsəbəsində yerləşən ticarət obyektlərinin bir çoxunu sökdürdü. Aradan bir müddət keçəndən sonra isə həmin yerlərdə özünə müxtəlif ticarət obyektləri tikdirməyə başladı. Adil Vəliyev icra başçısı təyin olunandan bir müddət sonra Bakıxanov qəsəbəsində, dəmir yolu stansiyasının yaxınlığında «AQAT» şadlıq sarayını tikdirdi. Bu şadlıq evi dəmir yolunun təhkim zolağında yerləşir. Bundan başqa, rayon ərazisində bir neçə göydələn inşa etdirdi. Həmin binalar üçün lazım olan plastik qapı-pəncərə Adil Vəliyevin Sabunçu qəsəbəsində yerləşən böyük sexində hazırlanır. Həmin sex Adil müəllim başçı təyin olunandan sonra fəaliyyətə başlayıb.
İcra başçısının oğlu kimə silah çəkib?
Rayondakı dövlət idarə və müəssisələrinin təmir işləri zamanı lazım olan plastik qapı-pəncərələr məhz bu sexdə hazırlanır. Bu isə o deməkdir ki, rayon rəhbəri büdcə vəsaitlərinin böyük hissəsini özünə məxsus sexə yönəldir». Bu arada, Adil Vəliyevin oğlu Ənvər Vəliyevlə bağlı da maraqlı məlumatlar var. İddialara görə, qlamur həyat tərzi yaşamağı xoşlayan məmur oğlu vaxtının böyük hissəsini Bakıdakı bahalı əyləncə məkanlarında keçirir. Onun həmçinin xarici ölkələrə də tez-tez səyahətə getdiyi bildirilir. Başqa bir məlumatda isə vurğulanır ki, icra başçısının oğlu bir müddət əvvəl güclü «razborka»da iştirak edib və həmin söhbətdə odlu silahdan atəş açılıb.
Qarşı tərəfin də münasibətini işıqlandırmağa hazırıq.

İcra başçısının oğlu kimə silah çəkib?

Həmçinin oxuyun

“Uşağını küçə pozğununa dəyişibsə…” – Modelə görə ailəsini atan meyxanaçının həyat yoldaşı danışdı

Tanınmış meyxanaçı Orxan Lökbatanlının model Aysu Bədəlzadə ilə eşq yaşayır. Unikal.org  xəbər verir ki, bu gün …

Bir cavab yazın