Cümə , Yanvar 22 2021
Ana səhifə / Şou Biznes / İcra başçısının oğlu “moyka”lara “krışa”lıq edir? – VİDEO

İcra başçısının oğlu “moyka”lara “krışa”lıq edir? – VİDEO

Fevralın 16-da Qafqaznews.az saytında “Yasamalın icra başçısı İbrahim Mehdiyev başqa rayonlarda obyekt sökdürür?” başlıqlı yazı dərc olunmuşdu. Məqalədə bildirilirdi ki, bir neçə gün bundan əvvəl Süleyman Vəzirov küçəsi ev 11 H ,mənzil 13-14 sakini ,eyni zamanda Yasamal RİH başçısı İbrahim Mehdiyev həmin məhəllədə qanunsuz olaraq “moyka” nın sökülməyinə yardımçı olub. Yəni, öz vəzifə səlahiyyətlərindən istifadə edərək, Xətai rayon icra hakimiyyətinin başçısı olan Razim Məmmədova “sifariş” verib ki, o yaşadığı məhəllədə ki, avtoyuyucu sökülsün. Xatırladaq ki, moyik1bu avtoyuma məntəqəsinin tikilməsinə icazəni İbrahim Mehdiyevin özü 2005-ci ildə verib, 2010-cu ildə Xətai RİH-in memarı Vadim Surxayev tərəfindən təsdiq olunub.
Obyektin sahibi Sevinc Hacıyevanın əlində məhkəmə qərarı da olduğu və həmin məhkəmə qərarında ona bu tikinti üçün şərait yaradılması tələb olunduğu halda, Xətai RİH-in əməkdaşları heç bir sənəd göstərmədən onun obyektini söküb, avadanlıqları da müsadirə ediblər. Zərərçəkmiş Hacıyeva Sevinc Oqtay qızının müraciəti əsasında apardığımız araşdırma zamanı sakinlərlə söhbətdən bəlli oldu ki, Süleyman Vəzirov küçəsi 11 C məzil 10 ünvanında İbrahim Mehdiyevin oğlu Fuad İbrahimov yaşayır.

Və onun yaşadığı binanın altında yəni S.Vəzirov küçəsi ilə Natiq Əliyev küçəsinin kəsişməsində bir “moyka” da fəaliyyət göstərir. Həmin “moyka”nın sahibləri İbrahim Mehdiyevlə onun oğlu Fuad Mehdiyevə yaxın adamlar olduğu üçün həmin moyka öz fəaliyyətini davam etdirir və Xətai RİH əməkdaşları tərəfindən də sökülməyə məruz qalmayıb. Xatırladaq ki, İ.Mehdiyevin “qəzəb”inə düçar olan obyektin sahibi Sevinc Hacıyeva iki vəzifəli şəxsin qanunsuz hərəkətlərindən dövlət başçısına da müraciət etməyə hazırlaşır.

Həmçinin oxuyun

“Qızlar maşını, evi olan oğlana ərə getmək istəyir“

Müğənni Nadir Qafarzadə aktrisa Pərvin Abıyevanın “Heç bir qız kasıb oğlana ərə getmək istəməz” sözlərinə …

Bir cavab yazın