Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / İcra başçısının müavini bayrağa görə işdən qovulub

İcra başçısının müavini bayrağa görə işdən qovulub

Tovuz Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Mahir İsa oğlu Həsənov vəzifəsindən azad edilib.

Azinforum.az “Report”a istinadən bildirir ki, M.Həsənovun işdən çıxarılmasına səbəb rayonun Bayraq meydanında Azərbaycan bayrağının bir hissəsinin cırılmış halda dalğalanmasına məsuliyyətsiz yanaşması olub.

Qeyd edək ki, bir neçə gün əvvəl xəbər saytlarında və sosial şəbəkələrdə Tovuzun Bayraq Meydanında dalğalanan Azərbaycan bayrağının bir hissəsinin cırılmış halda görüntüləri yayılıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın