Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Şou Biznes / İcra başçısının 180-lə gedən maşınına İH-dən açıqlama: “Radara düşübsə, cəriməsi gələcək”

İcra başçısının 180-lə gedən maşınına İH-dən açıqlama: “Radara düşübsə, cəriməsi gələcək”

Mingəçevir şəhər icra hakimiyyətinin başçısının birinci müavini İlham ismayılov şəhərin icra başçısı Niyazi Bayramovla bağlı sosial şəbəkələrdə və mətbuatda yayılmış videodan danışıb.
Birinci müavin ölkə.z-a açıqlamasında bildirib ki, icra başçısının 001 seriyalı xidməti avtomobilinin həmin vaxt sürücüsü idarə edib:
“Ola bilər sürətlə gedibsə, radara düşüb. Amma mən bilirəm ki, bizim icra başçısının sürücüsü maşını elə də çox sürətlə sürən deyil. İndi aydınlaşdırarıq. Sürücüdən savayı həmin avtomobili heç kim idarə etmir. Şəhər daxilində icra başçısının maşında olmamağı mümkündür. Ancaq şəhərdən kənardırsa, icra başçısı maşında olmaya bilməz. Dəqiq bilmərəm ki, olub, ya yox. Aydınlaşdırmaq lazımdır”.
İlham İsmayılov əməkdaşımızla söhbətində qeyd edib ki, bu kimi məsələlərin ictimailəşdirilməsi doğru deyil:
“İcra başçısının xidməti maşınıdırsa, bunun araşdırılmasına nə ehtiyac var? Xidməti maşın saatda 200-lə də radara düşə bilər. Bunu ictimailəşdirməyə nə ehtiyac var? Cəriməsi gələcək də. Burada qeyri-adi nə var ki? Vallah, mənə elə gəlir ki, elə şeylərə reaksiya vermək, sayta yerləşdirmək qətiyyən düzgün deyil. Sürüb sürüb də. Radara düşübsə, cəriməsi gələcək”.
Xatırladaq ki,  Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovın xidməti avtomobilinin yüksək sürətlə hərəkət etdiyini görüntülər yayılmışdı..
Məlumata görə, hadisə yanvarın 22-də baş verib və icra başçısının 001 seriyalı xidməti avtomobili Bakıya doğru şütüyərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Qeyd olunur ki, həmin ərazidə maksimal sürrət həddi saatda 90 km olsa da, başçının xidməti maşını sürəti ikiqat aşaraq 180-lə gedib.
Görünür, qanuna birinci riayət etməli şəxs özü qaydaları kobud şəkildə pozur…

Həmçinin oxuyun

Ajda Pekkan Azərbaycan Ordusuna 400 min dollar ianə etdi

Məşhur türkiyəli sənətçi Ajda Pekkan Azərbaycan xalqı üçün təqdirəlayiq addım atıb. O, Azərbaycan Respublikasının Silahlı …

Bir cavab yazın