Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Şou Biznes / İcra başçısından əcaib təklif

İcra başçısından əcaib təklif

Bu gün Laçın Rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimov Sumqayıtdakı Qubadlı Mədəniyyət Sarayında Laçın rayonundan olan məcburi köçkünlərlə görüş keçirib.

Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, demək olar ki, bütün görüşü müharibə hazırlığı üzərində quran A.Səlimov orta və musiqi məktəbləri ilə bağlı şok iddialar səsləndirib. İndiki şəraitdə məktəblərdə elmli və yüksək musiqi istedadına malik şagirdlərin yetişdirilməsinə lüzum olmadığını bildirən icra baçısı, orta məktəblərin yalnız hərbi məktəblər üçün şagird yetişdirməsinin vacibliyini vurğulayıb.

Yalnız hərbi hazırlıq məsələsi üzərində dayanan icra başçısı orta və musiqi məktəbləri qarşısında onların mahiyyətinə zidd tələblər qoyub.

İcra başçısının orta və musiqi məktəblərinə hərbi təyinatlı məktəblər statusunda yanaşması toplantıda itirak edən bəzi ziyalıların gülüş və narazılığına səbəb olsa da,  heç kim bu narazılığı açıq şəkildə ifadə etməyib.

Həmçinin oxuyun

“İşğaldan azad olunan torpaqlara ilk ayaq basanda “Qarabağ şikəstəsi”-ni ifa edəcəm”

Bu günkü musiqili qonağı tanınmış ifaçı Şəbnəm Tovuzludur. İfaçı bizimlə söhbətində Qarabağla bağlı arzularından və …

Bir cavab yazın