Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / İcra başçısı tərəfindən borcu ödənilən polis danışdı

İcra başçısı tərəfindən borcu ödənilən polis danışdı

Salyan Rayon Polis İdarəsinin əməkdaşı Pərviz Əsgərov icra başçısı Sevindik Hətəmov tərəfindən kredit borclarının ödənilməsi haqda yayılan məlumatlara aydınlıq gətirib.

P.Əsgərov AzVision.az-a açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, kreditin ödənilməsi ilə bağlı təklif icra başçısı tərəfindən gəlib.

“Çayda batan oğlan bizim qonşumuzdur. Mən onun cəsədini pula görə sudan çıxarmamışam. Bu, mənim vəzifə borcumdur. Hörmətli icra başçısı Sevindik müəllim də orada idi. O, mənə təşkkür etdi. Dedi ki, bütün kredit borcların mənlikdir, hamısını bağlayacağam. Mən ona borcumun olduğunu deməmişdim. Mən sadəcə bir vətəndaş kimi üzərimə düşən vəzifəni yerinə yetirdim. Sevindik müəllimə təşəkkür edirəm”.

Qeyd edək ki, iyunun 13-də günorta saatlarında Akkuşa çayının Salyan şəhərindən keçən hissəsində suda batmış 15 yaşlı Alxas Sadıq oğlu Mirməmmədovun meyit batdığı yerdən 50 metr aralıda tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın