Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Şou Biznes / İcra başçısı satış mərkəzlərində – Fotolar

İcra başçısı satış mərkəzlərində – Fotolar

Füzuli rayon İcra Başçısı Alı Alıyev Qayıdış qəsəbələrində məskunlaşan məcburi köçkünlərlə görüşüb.

İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, başçı vətəndaşlarla görüşüb, onlara söhbət edib, problem və qayğılarını dinləyib. Məcburi köçkünlər Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun tikintisinin sürətləndirilməsini xahiş ediblər. Alı Alıyev yolun tikintisinin hazırda qrafik üzrə getdiyini, yaxın vaxtlarda Qayıdış qəsəbələrini birləşdirən yeni asfalt yolun istifadəyə veriləcəyini vurğulayıb.

Alı Alıyev aidiyyəti qrumların nümayəndələri ilə birgə Qayıdış qəsəbələrindəki topdan və pərakəndə satış mərkəzlərində də olub, alıcı və satıcılarla söhbət edib. Alıcılar bəzi ərzaq məhsullarının qiymətlərinin süni olaraq artırıldığını, bunun da onların ailə büdcəsinə təsir etdiklərini qeyd ediblər. Alı Alıyev son günlər manatın məzənnəsinin aşağı düşməsi fonunda istehlak bazarında yaranmış vəziyyətə münasibət bildirib. Qeyd edib ki, rayonda istehlak bazarında məzənnə dəyişikliyi ilə bağlı olmayan qiymət artımı, süni mal qıtlığı və digər sui-istifadə hallarına yol verilməməli, bu sahəyə aidiyyəti təşkilatlar nəzarəti gücləndirməlidirlər.

“Prezidentin verdiyi tapşırıqlara uyğun olaraq rayon ərazisində qiymətlərin süni şişirdilməsinə, qiymətlərdə manipulyasiya hallarına yol verilməməlidir. Bu sahəyə cavabdeh olan təşkilatlar və rayon İcra Hakimiyyətində fəaliyyət göstərən komissiya istehlak bazarında gündəlik monitorinqlər keçirməli, bu sahəni müntəzəm nəzarətdə saxlamalıdırlar”, – deyə Alı Alıyev vurğulayıb.

Alı Alıyev vətəndaşlarla söbhət zamanı istər süni qiymət artımı ilə bağlı, istərsə də onları narahat edən digər məsələlərlə bağlı rayon İcra Hakimiyyətində yaradılmış “qaynar xətt”ə məlumat vermələrini xahiş edib.

 İcra başçısı satış mərkəzlərində  -  Fotolar
 İcra başçısı satış mərkəzlərində  -  Fotolar
 İcra başçısı satış mərkəzlərində  -  Fotolar
 İcra başçısı satış mərkəzlərində  -  Fotolar
 İcra başçısı satış mərkəzlərində  -  Fotolar

 

Həmçinin oxuyun

Rəqassə Fatimənin qızı ərə getdi – FOTO\VİDEO

Hazırda paytaxtın dəbdəbəli restoranlarının birində məşhur rəqqasə Fatimə Fətəliyevanın qızı Aydanın toyu keçirilir. Diqqət çəkən …

Bir cavab yazın