Ana səhifə / Şou Biznes / İcra başçısı polisin kreditlərini ödədi

İcra başçısı polisin kreditlərini ödədi

Salyan rayon icra başçısı Sevindik Hətəmov bir neçə gün öncə çayda batan 15 yaşlı oğlanın meyitini tapan polis əməkdaşını mükafatlandırıb.

Qafqazinfo”ya daxil olan məlumata görə, oğlan batdıqdan sonra başlanılan axtarışlar bir neçə saat davam edib, lakin uşağın meyiti tapılmayıb. Bundan sonra icra başçısı “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə əlaqə saxlayaraq kanaldan suyun azaldılmasını xahiş edib. Axtarışlar gecə saat 02 radələrinə kimi davam edib.

İcra başçısı, rayon polis şöbəsinin rəisi və rayon prokuroru axtarışlara yekunlaşanadək ərazidə olublar.

Sonra RPŞ-nin Pərviz adlı əməkdaşı 15 yaşlı oğlanın meyitini suyun altından tapıb. Bu zaman başçı Sevindik Hətəmov onu mükafatlandırmaq qərarına gəlib və nə istədiyini soruşub. Polis əməkdaşı isəkreditləri olduğunu deyib. İcra başçısı ona kreditlərini tam ödəyəcəyini vəd edib.

Məlumata görə, Sevindik Hətəmov meyitin yuyulması və dəfnində də iştirak edib. Uşağın yas mərasiminin keçirilməsi xərclərini qarşılayıb.

Qeyd edək ki, iyunun 13-də günorta saatlarında Akkuşa çayının Salyan şəhərindən keçən hissəsində suda batmış 15 yaşlı Alxas Sadıq oğlu Mirməmmədovun meyit batdığı yerdən 50 metr aralıda tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın