Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / İcra başçısı Nurayla bağlı sərəncam veribmiş…

İcra başçısı Nurayla bağlı sərəncam veribmiş…

Quba rayon İcra Hakimiyyəti 10 yaşlı Nuray Bayramzadənin xalasından alınıb, atasına verilməsi barədə qərara münasibət bildirib.

Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elşad Əliyev APA-ya bildirib ki, 2010-cu ildən uşağın mənafeyi, yaşayış şəraiti nəzərə alınaraq icra başçısının sərəncamı ilə onun xalası Mehriban Eldarovaya qəyyumluq hüququ verilib: “Daha sonra bioloji atasının məhkəməyə müraciəti əsasında qəyyumluq ləğv olunub. Hazırda qanunvericiliyə əsasən 10 yaşlı uşağın yenidən qəyyumluqla bağlı müraciəti zamanı uşağın özünün mövqeyi də nəzərə alınır. Bunun üçün qarşı tərəf yenidən məhkəməyə müraciət etməlidir. Mübahisəli məsələ olduğu üçün İcra Hakimiyyəti yox, məhkəmə bu barədə qərar verməlidir”.

Xatırladaq ki, Nuray Bayramzadə xalasından alınaraq atasına verilməsi ilə bağlı məhkəmə qərarının icrası zamanı zorakılıqla üzləşib. Sosial şəbəkədə bununla bağlı video yayılıb.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın