Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / İcra başçısı jurnalisti 2000 manat cərimələtdi

İcra başçısı jurnalisti 2000 manat cərimələtdi

Bu gün cenubnews.com saytının baş redaktor əvəzi Mirələm Həşimova qarşı Masallı rayonunun icra başçısı Rafil Hüseynovun iddiası əsasında keçirilən məhkəmə iclası başa çatıb. Musavat.com-un məlumatına görə, məhkəmə jurnalisti 2000 AZN məbləğində cərimə etmək barədə qərar çıxarıb.
Mirələm Həşimov ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib: “İttihamda göstərilir ki, guya adı çəkilən üç xəbərdə icra başçısı Rafil Hüseynovun şərəf və ləyaqətini alçaltmışam. Amma adı çəkilən “Masallı park bulvarını sel apardı” başlığıyla yayımlanan məqalədə (xəbərdə) nəinki Rafil Hüseynov, heç bir şəxs təhqir olunmayıb və “icra başçısı” sözü keçməyib. “Masallıda ağacları kəsirlər” başlığı ilə yayımlanan xəbərdə isə qeyd etmişik ki, “Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq”.
Əgər ağacların rəhbərlik tərəfindən kəsilməsi yalan idisə onlar təkzib olaraq bizə müraciət etməli idilər. Bu günə qədər 5 ay keçib, təkzib verilməyib. “Rafil Hüseynov: İşıq pulunu ödəyə bilmirsənsə get özünü öldür” başlığı ilə yayımlanan xəbərdə isə biz Muxalifet.az saytına istinad etmişik və eyni xəbər bir çox saytlarda da dərc olunub. Biz, KİV qanunlarına uyğun olaraq istinad etmişik və istinad olunan xəbərin məsuliyyəti ilk yayımlanan mənbədir. Gördüyünüz kimi, hər üç xəbərdə qeyri-qanuni iş görməmişik”.
Jurnalist məhkəmənin qətnaməsini aldıqdan sonra apelyasiya şikayəti verəcəyini söyləyib. Musavat.com

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın