Ana səhifə / Şou Biznes / İcra başçısı ilə sevgili olan müğənni: “Heç kəsdən qorxmuram”

İcra başçısı ilə sevgili olan müğənni: “Heç kəsdən qorxmuram”

Müğənni Şəbnəm Tovuzlu (Əsədova) adının icra başçısı ilə hallandırılmasına münasibət bildirib. Sənətçi sözügedən iddianı əsassız hesab edib:
“Görün bu sifarişli yazılar yazan necə savadsızdır ki, hansısa icra başçısını keçmiş sintezator ifaçısı kimi qələmə verir. Xəbərin ən gülməli yeri məhz budur. Əgər əllərində fakt varsa, ad açıqlasınlar.
Kimsədən qorxum yoxdur. Və utanacaq heç bir hərəkət də etməmişəm. O, dırnaqarası jurnalisti Allaha tapşırıram. Müqəddəs Ramazan ayında şayiə yaymağın özü də bir günahdır. Heç olmasa bu ayda günah etməkdən çəkinsinlər”.
Xatırladaq ki, son günlər Ş.Tovuzlunun adı həmçinin MTN-in sabiq generalı Akif Çovdarovun iş ortağı olan Famil adlı şəxslə də hallandırılır./olke.az/

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın