Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / İçkili vəziyyətdə qol çəkdirib evini əlindən aldılar – VİDEO

İçkili vəziyyətdə qol çəkdirib evini əlindən aldılar – VİDEO

ARB TV-nin “Elin gözü” proqramına bu dəfə 5 ildir övladları olmayan cütlük qonaq qismində qatılıb.

Gənc qadın ilk olaraq övladı dünyaya gəlmədiyi təqdirdə uşaq evinə müraciət edəcəyini bildirib:

“Övladım dünyaya gəlmir. Əgər uşağım olmasa uşaq evindən körpə götürüb saxlayacam. Məni öz anası kimi bilsin. Uşaq evinə atılanları görəndə dayana bilmirəm, ağlayıram. Allah uşağı olmayanlara övlad vermir, uşağı olanlara da verir, onlar qədrini bilmir, uşaq evinə atırlar. Anam nənə, atam da baba olmaq istəyir. Amma arzumuza çata bilmirik. Yaxın günlərdə ad günümdür, qeyd etməyəcəm. Özümə söz vermişəm ki, uşağım olmasa, ad günü keçirməyəcəm. Çox həkimə getdik, amma 5 ildir uşağım olmur. Hazırda kirayədə qalırıq. Özüm işləmirəm. Həyat yoldaşım gündəlik 15 manatdan fəhlə işləyir. 180 manat kirayəyə veririk ”.

Daha sonra aparıcı Elgiz Əkbər məsələyə müdaxilə edərək, bu işin olduqca çətin olduğunu söyləyib:

“200 manatla necə uşaq saxlayacaqsınız? Sizin sosial vəziyyətiniz ağırdır. Tutaq ki, uşağınız dünyaya gəldi. Uşaq olana qədər müəyyən proseslər var – 9 ay müddətində həkim nəzarəti, uşağın vəziyyəti, həm ev kirayəsi, həm də qidalanma, bunlarn hamısı çətin məsələdir. Uşaq üçün ay ərzində ən azı 400 manat pul lazımdır. Deyirlər ki, Allah uşaq olanda ruzusini də göndərir. Təki uşaq dünyaya gəlsin, qalan şeylər düzələr”.

Qadının uşaq evində böyüyən həyat yoldaşı isə atasının içki aludəçisi olduğunu və bundan istifadə edərək evini əlindən aldığını deyib və bildirib ki, hazırda evləri yoxdur:

“Qardaşım bibimgildə, bacımı xalamgildə qalır. Anam xəstə olanda bizi uşaq evinə qoydular. Atam içki aludəçisi olub. 2011-ci ildə öldüyünü “Kubinka”da qonşularımız atamın öldüyünü, kimsəzilər qəbristanlığında dəfn etdiklərini dedilər. Axtardım hər yeri tapa bilmədim. Cibinə pul basıb kağıza qol çəkdiriblər. Həmin o evdə yaşıyanlarla məsələni aydınlaşdırmağa getdik. Üstümüzə silah çəkdilər, dedilər ki, yaxın gəlsəniz sizi öldürərəm. Hazırda o mənzildə qeydiyyatdayıq”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın