Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / İçərişəhərdəki “Ləzgi məscidi” bağlandı- icma rəhbərindən açqılama – FOTOLAR

İçərişəhərdəki “Ləzgi məscidi” bağlandı- icma rəhbərindən açqılama – FOTOLAR

İçərişəhərdə yerləşən “Ləzgi məscidi” (“Aşurbəy”) bu gün səhər saat 9-da bağlanıb. Məscidin təmirə görə bağlandığı bildirilir. Dünən məscidin bağlanacağı ilə bağlı xəbərdarlıq edilib. 
Musavat.com xəbər verir ki, məscidə giriş qadağan edilib və post patrul xidmətinin əməkdaşları növbə çəkir.
“Ləzgi məscidi” icmasının sədri Faiq Mustafa məscdiin bağlanması ilə bağlı musavat.com-a danışıb.
Faiq Mustafa bildirib ki, dünən axşam onlara xəbərdarlıq edilib. Bu gün səhər saat 9-da isə məscid bağlanıb: “Dünən İçərişəhər Qoruq İdarəsindən xəbədarlıq edildi ki, məscid təmirə bağlanacaq. Səhər də gəlib bağladılar. Səbail Rayon Polis İdarəsinin rəisi də gəlmişdi. O, camaatla danışdı. Əlbəttə, camaat narazı oldu. Ancaq böyük problem olmadı”.
İcma rəhbəri məscidin təmir məqsədi ilə bağlandığına şübhə etdiyini deyir: “Təmirə bağlanmasının əsas səbəb olduğunu düşünmürəm. Əsl səbəbini Allah bilir. İçərişəhər Qoruq İdarəsindən rəsmi sənəd tələb etdik. Təmir işinin nə zaman başlayıb, nə zaman bitəcəyini soruşduq. Məscidin bizə nə zaman qaytarılacağını maraqlandıq. Ancaq bu barədə məlumat verilmədi”.
F.Mustafa deyib ki, məscidin təmirə ehtiyacı olmayıb: “Məscidin içərisi tam təmirli idi. Bir az çöldə təmir işləri aparıla bilərdi. Biz özümüz də təklif etdik ki, nə iş lazımdırsa, kömək edək. Ancaq razı olmadılar”.
Onun sözlərinə görə, məscidin bu günə qədər təmir işləri icmamın hesabına görülüb: “Məscid camaat tərəfindən səliqəli saxlanılır, təmir edilirdi. UNESCO-nun da bu barədə məlumatı da var. Qeyd edilir ki, məscid icma tərəfindən qorunub, saxlanılıb. Ancaq indi belə bir vəziyyət yarandı. Məscidin qapısını bağladılar”.




Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın