Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / “İçəridə”nin final ssenarisi məlum oldu: inanılmaz – Video

“İçəridə”nin final ssenarisi məlum oldu: inanılmaz – Video

Maraqla izlənilən “İçəridə” serialının final bölümü ilə bağlı proqnozlar yürüdülməyə başlanılıb.

İlk bölümdə bir çoxlarının nəzərdən qaçırdığı bəzi semiotik işarələr insanların bu cür fikirlər irəli sürməsinə səbəb olub. Sosial şəbəkələrdə yayılan videoda həmin fikirlər öz əksini tapıb.

Teleqraf.com xəbər verir ki, ilk bölümdən xatırladığımız kimi, Sarp bir anlıq uşaqlıq illərinə qayıdır. Atası Mətin bəy həyətdə öz ailəsi ilə futbol oynayarkən oğluna xəbərdarlıq edir: “Armud bişdi, ağzıma düşdü” yoxdur!” Semiotik proqnozlara görə, bu Sarpın heç nəyi asanlıqla əldə edə bilməyəcəyinə və qazanmaq üçün mübarizə aparmalı olacağına işarə idi. Lakin çox keçmir ki, həyətdə uşaqları ilə birgə deyə-gülə futbol oynayan Mətin bəyin bu xoşbəxtliyi yarımçıq qalır. Evə polislər gəlir, onun 8 cinayət işinə görə günahkar hesab olunduğunu və həbs olunacağını bildirir. Mətin bəy polislərə qışqıraraq, “Buraxın məni, yalnışlığa yol verirsiniz, sonra gəlib üzr istəməli olacaqsınız”, – deyir.

Eyni sözləri Sarp da ilk bölümdə həbs olunarkən ifadə etmişdi. Bu da ona işarə edir ki, Mətin bəy də Sarp kimi sadəcə olaraq, polisin gizli tapşırığını yerinə yetirir və ilk bölümdə gedən Mətin son bölümdə geri qayıdacaq. Qeyd edək ki, serialın bitməsinə 3 bölüm qalıb.


Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın