Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / İbrahim Tatlısəsdən oğluna ağır İTTİHAM: “Seyfimdəki bütün pulu boşaltdı”

İbrahim Tatlısəsdən oğluna ağır İTTİHAM: “Seyfimdəki bütün pulu boşaltdı”

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs “Beyaz maqazin” verilişində şok açıqlamaları ilə gündəmə gəlib.

Musavat.com Türkiyə mətbuatına istinadən bildirir ki, verilişə telefon zəngi ilə qoşulan müğənni keçmiş həyat yoldaşı Adalet Sara və oğlu Ahmet Tatlısəs haqqında şok açıqlamalar verib.

“Mən vurulduğum gün Ahmet şirkətimə gedib, seyfimdəki bütün pulu boşaldıb”,- deyə sənətçi bildirib.

Qeyd edək ki, bir müddətdir oğlu ilə soyuq münasibətdə olan müğənni dünən “Atalar günü”ndə “İnstagram” hesabında “Atasının qədrini bilməyənlər axmaqdır, axmaq oğlu” mesajını paylaşıb. Bunun ardınca isə Tatlısəsin keçmiş həyat yoldaşı Adalet Sara mesaja bu cür cavab yazıb:

“Bu gün Atalar günüdür… Atalar gününüz Mübarək, “namus davası”na görə anasının, qızının, həyat yoldaşının həyatını çətinləşdirməyənlər, övladlarının problemlərindən narahat olanlar, onların xoşbəxtliyinə sevinənlər”.

Keçmiş həyat yoldaşını və oğlunu qınayan Tatlısəs isə canlı yayımda keçmiş həyat yoldaşına müraciətlə deyib:

“45 ildir boşanmışam, 45 ildir ki, ona pul ödəyirəm. Mən pul ödəməyəndə şirkəti qarışdırırlar.

Oğluna yeddi dükan verdim. Övladlarımın heç biri zərər çəkmədi, mən heç övladıma zərər vermədim. Perihan Savaş da daxil olmaqla heç bir qadını incitmədim.

45 ildir ki, Adalet xanımdan ayrılmışam,  bizim heç dini nikahımız olmayıb… Mənə ən böyük xəyanəti elə onun oğlu Ahmet  etdi. Ahmetə 7 dükan verdim. Amma o, bütün dükanları iflas etdirdi. 70 yaşında adamam, bu yaşda pul qazanmaq üçün səhnəyə çıxıram. Mən onlar üçün hər şey edirəm, amma artıq yetər. Bir az mərhəmətli olun.

Mən vurulduğum gün Ahmet mənə xəyanət etdi, şirkətimə gedib, seyfimdəki bütün pulları boşaltdı. Niyə bunu digər uşaqlarım deyil, o edir?”

Tatlısəs  mirasını kimə verəcəyini də açıqlayıb:

“Bodrumdakı evimə donuz yağı sürtüblər. Yoxsa mən sevgilim ilə evlənmişdim. Doğrudur, indi münasibətlərimiz soyuqdur, amma evlənəcəyim insan odur, yəni Gülçin Karakaya. Aramızdakı yaş fərqi önəmli deyil. Övladlarım bizim evlənməyimizi ona görə istəmir ki, mirasımın hamısı onlara qalsın. Mən artıq mirasımı nə edəcəyimi bilirəm, bütün mirasımı “Mehmetcik vəqfi”nə bağışlayacam”.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …