Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / İbrahim Tatlısəs pərəstişkarının kredit borcunu bağlayacaq

İbrahim Tatlısəs pərəstişkarının kredit borcunu bağlayacaq

İbrahim Tatlısəs Ankarada musiqisevərlərlə görüşüb.

Pərdələr açılarkən gördüyü izdiham qarşısında göz yaşlarını saxlaya bilməyən sənətçi konsertini “Gəl, de” mahnısı ilə açıb.

On iki illik fasilədən sonra yenidən səhnəyə çıxan 69 yaşlı ifaçı “45 ildir səhnədə qarşınızda baş əyirəm və bundan qürur duyuram” deyərək pərəstişkarlarını salamlayıb.

“İmperator” ləqəbli Tatlısəs bankdan kredit alaraq onu dinləmək üçün Amasiyadan Ankaraya gələn şanlıurfalı fanatını səhnəyə dəvət edib və onunla birlikdə mahnı oxuyub.

Böyük sevgi qarşısında yenidən ağlayan sənətçi pərəstişkarının kredit borcunu bağlayacağını açıqlayıb.//Oxu.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …