Şənbə , Aprel 4 2020
Ana səhifə / Şou Biznes / İbrahim Tatlısəsin bir milyondan çox pulu mənimsənildi

İbrahim Tatlısəsin bir milyondan çox pulu mənimsənildi

Türkiyəli tanınmış müğənni İbrahim Tatlısəs sahibi olduğu “Tatlısəs qida” şirkətinin iki qadın işçisi tərəfindən aldadılıb.

Türkiyə mətbuat xəbər verir ki, müstəqil audit şirkəti tərəfindən “Şirkət audit hesabat”ı hazırlanıb. Hesabatda bildirilib ki, “Tatlısəs qida”da mühasib vəzifəsində çalışan Özlem P. və Fulya T. maddi mənfəət əldə etmək məqsədi ilə hüquq və səlahiyyətlərindən sui-istifadə ediblər. Həmin qadınlar müğənninin bir milyon lirədən çox pulunu mənimsəyiblər.

Belə ki, Özləm P. üçüncü şəxslərə pul ödənməsi adı ilə 1 milyon 92 lirəni mənimsəməkdə, həyat yoldaşını 13 ay işçi kimi göstərib şirkətə 45 min lirə zərər vurmaqda günahaldırılır. Onun şirkət üzərindən icarəyə götürdüyü maşına 28 min lirə ödədiyi məlum olub.

Fulya T. isə 20 min dolları 3-cü şəxslərə ödəmə adı ilə mənimsəyib. Bundan başqa, həyat yoldaşını işçi kimi göstərərək 30 min lirə məbləğində şirkətə ziyan vurub. Həmçinin uşağının dayəsi Əminə Ö. -nün 21 ay şirkətdə sığortalandığını qeyd etməklə 57 min lirə vəsaiti ələ keçirib. Qadın 28 min lirə vəsaiti isə avtomobil ödənişləri üçün xərcləyib.

Şirkətində külli miqdarda yeyinti faktı aşkarlanan müğənni vəkili Hayati Şahin vasitəsi ilə prokurorluğa müraciət edib. Faktla bağlı istintaq başladılıb, araşdırma aparılır. Azvision.az

Həmçinin oxuyun

Şou-biznes əhlinin ev halı – Fotolar

Dünyada yayılan koronavirus infeksiyası ilə əlaqədar insanların çox hissəsi evdə otururlar. Buna görə də sosial …