Çərşənbə , İyul 17 2019
Ana səhifə / Şou Biznes / İbrahim Məmmədov sabahdan efirə qayıdır

İbrahim Məmmədov sabahdan efirə qayıdır

AzTV sədrinin keçmiş müavini, telejurnalist İbrahim Məmmədov parlament seçkilərini “Region” TV-də işıqlandıracaq.

Bu haqda məlumatı “Region” TV-nin mətbuat katibi İsmayıl Həsənov telekanalın sabah keçiriləcək parlament seçkilərini necə işıqlandıracağı ilə bağlı milli.az-ın sualını cavablandırarkən verib.

“”Region” TV sabah keçiriləcək seçkilərə böyük önəm verir, sabahkı efir torunu da bu prosesə uyğun hazırlayıb. Bildiyiniz kimi, televiziyamız Cənubi Qafqazın ən böyük teleşəbəkəsidir. Parlament seçkilərinin işıqlandırılmasında da regional yayımçı olan resurslarımızın imkanlarından səmərəli şəkildə istifadə olunacaq. Telekanalımız seçki günü fasiləsiz olaraq canlı və videoyazı materialları şəklində prosesi işıqlandıracaq. MSK-da yaradılmış Seçkilər Media Mərkəzindən mütəmadi olaraq canlı yayıma çıxacağıq. Mərkəzdən tamaşaçılarımızı seçkinin gedişatı ilə bağlı məlumatlandıracaq şəxs isə kanalın sosial-analitik məsələlər üzrə sədr müavini İbrahim Məmmədov olacaq” – deyə İ.Həsənov bildirib.

Kanalın mətbuat katibi digər yeniliklər haqda da danışıb: “Seçki günü şəbəkəmizə daxil olan, ölkənin ilk xəbər kanalı TTV-yə də mütəmadi bağlantılarımız olacaq. Bu bağlantılar zamanı tamaşaçılarımız maraqlı bir yeniliyin də şahidi olacaqlar. Sabah keçiriləcək seçkilərin gedişatını operativ və obyektiv şəkildə tamaşaçılarımıza çatdırmağa çalışacağıq”.

Həmçinin oxuyun

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy” – Şəbnəm Tovuzlu

“Şəbnəm Tapdıq mənə deyir ki, adını ya Şəbnur, ya da Şəbtac qoy”. Mia.az xəbər verir ki, …

Bir cavab yazın