Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / İbn Sinanın sağlamlıq qaydaları hələ də aktualdır

İbn Sinanın sağlamlıq qaydaları hələ də aktualdır

X-XI əsrlərdə Şərqdə yaşayan alim, filosof, riyaziyyatçı, həkim İbn Sina (Avropada onu Avisenna adlandırırlar) bütün dünyada tanınır.

İbn Sinanın bəzi tibbi araşdırmaları, sağlamlığın qorunması haqqında fikirləri bu günə qədər öz aktuallığını itirməyib.

1. Öz elmi işlərində İbn Sina bədəni və ruhu harmoniyada saxlamağının vacibliyini vurğulayırdı.

2. İbn Sina fiziki hərəkətliliyi çox vacib hesab edirdi — “Hərəkətdə olan bədən müalicə tələb etmir”. Hal hazırda alimlər hipodinamiyanı (azhərəkətlilik) bir çox xəstəliklərin inkişafının əsas səbəblərdən biri kimi qiymətləndirir.

3. İbn Sina qida və içkiləri düzgün seçməyi tövsiyə edirdi. Müasir elmi araşdırmalar göstərir ki, düzgün qidalanma sağlamlığın qorunmasında ən vacib yerlərdən birini tutur.

4. Bədəni artıq şeylərdən (indi biz onları “şlak” və “toksinlər” adlandırırıq) təmizləməyi məsləhət görürdü.

5. Normal bədən çəkisini insan sağlamlığı üçün olduqca vacib hesab edirdi. Köklük və arıqlığı tənqid edirdi.

6. Təmiz havanın vacibliyini vurğulayırdı. Müasir elm ekoloji şəraitin insan sağlamlığına ciddi təsirini təsdiqləyir.(saglamolun.az)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın