Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / Aytən Mustafayeva qalmaqal yaradan  şəkillərindən danışd

Aytən Mustafayeva qalmaqal yaradan  şəkillərindən danışd

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində 16 saylı Yasamal II Seçki Dairəsində mandat uğrunda mübarizə aparacaq Aytən Mustafayevanın ABŞ-ın Las-Veqas şəhərindəki kazinolardan birində əylənərkən çəkildiyi iddia edilən fotoları yayılıb.

Azinforum.az xəbər verir ki, Aytən Mustafayeva məsələ ilə bağlı Modern.az saytına açıqlama verib.

O bildirib ki, şəkillər montajdır: “Mən Las-Veqasda olmuşam. Amma kazinoda yox, konfransda. Lap kazinoda olsam belə, bunun heç kimə dəxli yoxdur. Mən o şəkli konfrans zamanı dəhlizdə çəkdirmişəm. Onlar isə montaj ediblər.

Yayılan fotolar və yazılanlar insanın şəxsi həyatına müdaxilədir. Seçkidən sonra şəxsən bu işlə məşğul olacağam”.

Xanım namizəd bütün bunları seçkiqabağı aparılan qara piar adlandırıb: “Mübarizəni kişi kimi, doğru bir şəkildə aparmalıyıq. Mən bunu kişiliyə sığışdırılan bir hərəkət saymıram. Kişi qadına qarşı bu cür hərəkət etməz”.

Qeyd edək ki, bu dairə üzrə 10 nəfərin namizədliyi qeydə alınıb. Bunlar Fəxrəddin Babayev, Çingiz Bayramov, Şövqi Bunyatov, Elşən Həsənov, Xıdır İbrahimov, Kərim Tufan, Aytən Mustafayeva, Mütəllim Rəhimov, Taleh Şahsuvarlı, Nisəxanım Vəliyevadır.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın