Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Şou Biznes / I sinfə qəbulu üçün qeydiyyat başladı – Şərtlər

I sinfə qəbulu üçün qeydiyyat başladı – Şərtlər

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olan uşaqların I sinfə qəbulu məqsədilə müsabiqəyə elektron qeydiyyat başlanıb.

BŞTİ-dən verilən xəbərə görə, istedadlı uşaqların müsahibədə iştirakı üçün qeydiyyat iyunun 7-dən mektebeqebul.edu.az saytında aparılır və bu proses iyul ayının 15-dək davam edəcək. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibələr iyun ayının 20-dən etibarən Bakı şəhəri 42 nömrəli tam orta məktəbdə aparılacaq. Valideynlər (və ya qanuni nümayəndələr) mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməklə, uşaq haqqında məlumatları saytda verilən formada dolduraraq müsahibəyə buraxılış vərəqini çap edə bilərlər. Buraxılış vərəqində uşağın müsahibəyə dəvət olunduğu tarix və vaxt göstəriləcək.

Ümumilikdə bu günədək 6 yaşı tamam olmayan 3691 nəfər uşaq üçün mektebeqebul.edu.az saytından qeydiyyatdan keçib. Artıq 6 yaşı tamam olmayan 2485 nəfər uşaq üçün mektebeqebul.edu.az saytından qeydiyyatdan keçən valideynlərə (və ya qanuni nümayəndələr) şəxsi kabinetə daxil olaraq müsahibədən qeydiyyatdan keçmək və buraxılış vərəqəsini çap etmək barədə “sms” göndərilib. Valideynlər müsahibənin nəticələrinə dair “sms” aldıqdan sonra məktəbə qəbul üçün müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbə müraciət etməlidirlər.

Təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirmiş 704 nəfər uşaq üçün isə valideynlər (və ya qanuni nümayəndələr) mektebeqebul.edu.az saytından həmin kursu bitirdiyinə dair sertfikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər. Kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada malik uşaqlar I sinfə müsahibədənkənar qəbul olunacaqlar.

Qeyd edək ki, artıq 504 nəfər 6 yaşı tamam olmayan xüsusi istedada malik uşaq qəbulu müsabiqə əsasında təşkil olunan lisey və gimnaziyalara qəbul olunublar.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın