Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Şou Biznes / Hüquq müdafiəçisi xaricdən sığınacaq istədi: Ailəsi ilə birlikdə Azərbaycanı tərk etdi

Hüquq müdafiəçisi xaricdən sığınacaq istədi: Ailəsi ilə birlikdə Azərbaycanı tərk etdi

“Uşaq evlərinə qayğı” İctimai Birliyinin rəhbəri Sahib Teymurov ailəsi ilə birgə ölkəni tərk edib.

Bu barədə Cebhe.info-ya məlumat verən hüquq müdafiəçisi deyib ki, 2007-ci ildə olduğu kimi yenidən həbs ediləcəyindən ehtiyatlanaraq, ölkəni tərk etmək məcburiyyətində qalıb:

“Şəki şəhər uşaq evində 18 yaşlı kimsəsiz qıza işgəncə verilib. Vicdanımın qarşısında öz vətəndaşlıq borcumu və ictimai fəaliyyətimə sadiq qalaraq videomüsahibəni KİV-də ictimailəşdirdim. Məlumat aldım ki, uşaq evindən azyaşlıları xristian kilsəsinə aparıb qeyri-qanuni dini ayinlərə cəlb etmək adı ilə məni həbs etmək istəyirlər. Hətta, mənə yeni-yeni ittihamlar irəli sürüləcəyi bildirildi. Bu səbəbdən ölkəni tərk etmək məcburiyyətində qaldım. Hal-hazırda qonşu ölkələrin birində yerləşən Birləşmiş Millətlər Təşkilatının (BMT) sığınacaq üzrə Departamentinə müraciət edib xahiş etmişəm ki, ailəmizə Avropa ölkələrinin birində siyasi mühacir statusunun verilməsinə köməklik göstərsinlər”.

Qeyd edək ki, Sahib Teymurov hüquq müdafiəçisi Albina Teymurovanın həyat yoldaşıdır.

Həmçinin oxuyun

Cavanşir Məmmədovu hirsləndirən zəng kimdən gəlmişdi? – VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. Bu  barədə  ATV  kanalında  yayımlanan  “Bizimləsən” …

Bir cavab yazın