Ana səhifə / Şou Biznes / Hissə komandiri şəhid qızını yoldan çıxarmağa çalışdı

Hissə komandiri şəhid qızını yoldan çıxarmağa çalışdı

Ağdərə uğrunda döyüşlərdə şəhid olmuş Mübariz İsmayılovun qızı serjant Minarə Bayramova özü barəsində böhtanlı kampaniya ilə üzləşib. Bu barədə onun anası Minayə İsmayılova yerli KİV-ə müsahibəsində bildirib.

Virtualaz.org bildirir ki, anasının dediyinə görə, Minarə Bayramova 2015-ci ildə Azərbaycan ordusunda xidmət etməyə başlayıb və son dərəcə sevinirmiş ki, öz atasının işini davam etdirə biləcək. Ancaq onun sevinci çox çəkməyib. Tezliklə hissə komandiri Elşən Sanayev Bayramovaya maraq göstərməyə başlayıb və onu yatağa meylləndirməyə çalışıb.

Minarə Bayramova hissə komandirinə bildirib ki, hərbçi özünü belə aparmamalıdır, üstəlik xatırladıb ki, o öz həyatını vətəni üçün vermiş şəhidin qızıdır. Ancaq Elşən Sanayev öz tabeçiliyində olan bu serjantı yatağa meylləndirmək cəhdlərindən nəinki əl çəkməyib, hətta onu sıxışdırmağa başlayıb. Bayramova maaşının bir hissəsindən məhrum olunub, töhmətlər almağa başlayıb və bir il sonra işdən çıxarılıb. Ona qarşı təzyiqlər bununla da bitməyib. Hərbi hissədə Minarə Bayramova haqqında ədəbsiz şayiələr yaymağa başlayıblar…

Azərbaycan Müdafiə Nazirliyi artıq bu informasiyaya reaksiya verib və bildirib ki, fakt üzrə araşdırma aparılır. Araşdırmanı aparmaq müdafiə nazirinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərəm Vəliyevə tapşırılıb.

Həmçinin oxuyun

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”

“Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin”Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən …

Bir cavab yazın