Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Şou Biznes / “Heydər” məscidinin nəzdində mədrəsə yaradılacaq

“Heydər” məscidinin nəzdində mədrəsə yaradılacaq

“Heydər” Məscid-Kompleksinin nəzdində mədrəsə yaradılacaq.

Bunu “Report”a açıqlamasında Kompleks İdarəsinin sədri hacı Sabir Həsənli bildirib.

Onun sözlərinə görə, hazırda mədrəsənin təsis edilməsi istiqamətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılır:

“Məscidin nəzdində mədrəsənin yaradılması bir ideyadır və hazırda bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə danışıqlar aparılır. Mədrəsə Təhsil Nazirliyinin lisenziyası əsasında, orta-ixtisas dini tədris müəssisəsi kimi fəaliyyət göstərəcək. Orta məktəblərin IX və ya XI siniflərini bitirənlər mədrəsəyə qəbul oluna biləcəklər”.

S.Həsənli deyib ki, mədrəsədə yalnız dini təhsil verilməyəcək, dünyəvi elmlər də öyrədiləcək.

İdarə sədri vurğulayıb ki, mədrəsəni bitirən məzunlara diplomlar Təhsil Nazirliyi tərəfindən veriləcək.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın