Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Şou Biznes / “Heydər Əliyev Putinə dedi ki, erməniləri…”

“Heydər Əliyev Putinə dedi ki, erməniləri…”

“Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Karovin ümummilli lider Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinlə bağlı xatirəsini bölüşüb.

Axar.az xəbər verir ki, Vado Karovin ATV kanalında yayımlanan “Hər axşam” verilişində ümummilli liderlə bağlı xatirələrindən söz açıb: “2000-ci il də  Putin yenicə prezident seçilmişdi, sonra isə Bakıya ziyarətə gəlmişdi. Gülüstan sarayında bir ziyafət təşkil olunmuşdu. Bizim komanda da həmin ziyafətə dəvət edilmişdi. Orada bir adət var idi. Hamı sıra ilə durur, Heydər Əliyev gəlib hamı ilə görüşürdü. Onlar hamı ilə görüşdülər. Bizə yaxınlaşanda isə Putin dedi ki, mən sizi tanıyıram, sizə azarkeşlik etmişəm, təbrik edirəm sizi. O anda Heydər Əliyev dedi ki, onlar erməniləri udublar. Putin özünü eşitməzliyə vurdu. Heydər Əliyev Putinin hərəkətini gördü və onun qolundan tutub bir daha təkrar etdi ki, onlar ermənilərə qalib gəliblər. Bundan sonra isə Putin məcbur olub “təbrik edirəm”, – dedi”.

 

Həmçinin oxuyun

“Səsim batmışdı, elə bilirdilər lalam”

“Səsim necə batmışdısa… 2 il zorla danışırdım”.  Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə …

Bir cavab yazın