Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Şou Biznes / “Heç nəyə ehtiyacım yoxdur” – Xərçəngdən əziyyət çəkən aktrisa

“Heç nəyə ehtiyacım yoxdur” – Xərçəngdən əziyyət çəkən aktrisa

“Allaha şükürlər olsun ki, səhhətim qaydasındadır. Bir neçə il bundan əvvəl səhhətimdə müəyyən narahatlıqlar vardı. İndi elə dərin narahatlığım yoxdur. Müayinələrimi vaxtlı-vaxtında davam etdirirəm”.

Azinforum.az verir ki, bunu Modern.az-a açıqlamasında əməkdar artist, tanınmnış aktrisa Kübra Əliyeva səhhətindən danışarkən deyib.

“Evimdə balalarımla oturmuşam. Heç nəyə də ehtiyacım yoxdur”- əməkdar artist əlavə edib.

Kübra Əliyeva aktrisalıq fəaliyyətindən danışarkən yaradıcı mühitdən uzaq olduğunu gizlətməyib.

“Bir neçə il bundan qabaq səhhətimdə yaranan problem sənətlə məşğul olmağımı əngəllədi. İndi isə təqaüddə olan aktrisayam və ona görə də  yaradıcı işlə məşğul olmuram”.

Qeyd edək ki, əməkdar artist Kübra Əliyeva bir neçə ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. Onun hər iki döşü xəstəliklə əlaqədar amputasiya olunub.

Həmçinin oxuyun

Nigar Camal Solovyovun doğum gününü təbrik etdi

“Eurovision” 2011 qalibimiz Nigar Camal ermənipərəst rus aparıcı Vladimir Solovyovun doğum gününü təbrik edib. Yenisabah.az xəbər …