Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Şou Biznes / “Heç kəs istəməz ki, sevdiyindən ayrı qalsın…” – Nigar Yaqublu

“Heç kəs istəməz ki, sevdiyindən ayrı qalsın…” – Nigar Yaqublu

“Heç kəs istəməz ki, sevdiyi insandan ayrı qalsın. Ancaq biz bu məhrumiyyətlərin olduğunu bilə-bilə evləndik. Sözsüz ki, hər görüşdən sonra adam görüşün bitməsini istəmir. O isə hər dəfə mənə, məni çox sevdiyini və hər şeyin yaxşı olacağını deyir”.
Bu sözləri modern.az-a müsahibəsində bir müddət əvvəl həbsxanada Seymur Həzi ilə ailə həyatı quran gənc fəal Nigar Yaqublu deyib.
“Heç kəs istəməz ki, sevdiyindən ayrı qalsın...” -  Nigar
O, sevgidə pulun, var-dövlətin önəmli olmadığını qeyd edib:
“Məncə, pul da, var-dövlət də önəmli deyil. Əgər insan sevirsə, bununla da hər şey bitir. Əsas sevdiyin insanın yanında olmasıdır. Gerisi boş şeylərdir. İnsan onlarsız da xoşbəxt ola bilər. Məsələn, bizim nə pulumuz var, nə də var dövlətimiz. Bu durumda belə, xoşbəxtik”.
N. Yaqublu hələ ki, uşaq barəsində düşünmədiklərini bildirib.

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın