Şənbə , Aprel 20 2024
Ana səhifə / Şou Biznes / Hamlet İsaxanlı: “Onlara qardaşım oğlu lazımdır, gedib tutdursunlar”

Hamlet İsaxanlı: “Onlara qardaşım oğlu lazımdır, gedib tutdursunlar”

Bu günlərdə Qafqaz Xəbər Agentliyi Bakı sakini Anar Salayevin yazılı şikayəti əsasında “MSN Tour” şirkəti ilə bağlı bir sıra yazılar dərc edib. Avqustun 11-də  “Hamlet İsaxanlının qardaşıoğlu turizm fırıldağında ittihaIMG_1975-1m olunur”başlıqlı yazı dərc olunmuşdu. Yazıda bildirilirdi ki, bu günlərdə  müraciət edən Bakı sakini Anar Eldar oğlu Salayev bildirib ki, “MSN Tour” MMC-nin dələduzluq əməlləri üzündən onun ailəsinə maddi zərər dəyib və hazırda həmin şirkəti heç yerdə tapa bilmir. Anar Salayev yazdığı ərizəsində bildirib: “2015-ci il aprelin 12-də anam Səltənət Mirhəsən qızı Salayeva ilə “MSN Tour” MMC-nin direktoru Cəmalə Əfqan qızı İsayeva arasında müqavilə imzalanıb. Qeyd edim ki, həmin şirkətin VÖEN nömrəsi 1301614511-dir.

Həmin müqaviləyə görə, şirkət özünün “Holidays & Miles” istirahət proqramı üzrə 3 il ərzində xidmət göstərməyi öhdəsinə götürürdü. Müqaviləni imzalayan tərəf kimi, Səltənət Mirhəsən qızı Salayeva şirkətə 3200 manat ödəməklə, 3 il ərzində 3 dəfə (və yaxud 21 gün) müxtəlif xarici ölkələrdə iki nəfərlik istirahət imkanı qazanacaqdı. Anam öz öhdəliyini yerinə yetirərək, 3200 manatı şirkətə tam ödədi. Anama şirkətdən plastik üzvlük kartı da verildi. İlk səfər qaydasında keçdi və 2015-ci ilin dekabr ayında valideynlər13957630_279323292441071_1815379182_nim ikilikdə BƏƏ-nin Dubay şəhərində bir həftə istirahət edib qayıtdılar”.

Onun sözlərinə görə, Dubay səfərinin üstündən üç-dörd ay keçəndən sonra, valideynləri yayda Türkiyədə istirahət etmək üçün də detalları razılaşmaq məqsədi ilə şirkətə müraciət ediblər. “Müqaviləyə görə, istirahətə müştəri “MSN Tour” şirkətini 30 gün əvvəldən xəbərdar etməli idi. Həmin vaxt “MSN Tour” şirkəti Nobel prospekti 15 ünvanında. “Azure” Biznes Mərkəzində yerləşirdi. Şirkətdən anama bildirdilər ki, “hazırda başqa ofisə köçmək üzrəyik, mobil telefon vasitəsilə əlaqə saxlayarsınız, sizə yeni ünvanı bildirərik”.

Onlar anama bir neçə mobil nömrə vermişdilər. Lakin bir həftə sonra şirkətə aid nömrələrin heç biri işləmirdi. Bir müddət sonra anam Turan İsayev adlı şirkət nümayəndəsinə zəng etdi, həmin şəxs isə dedi ki, guya Gürcüstandadırlar, daha bir həftə sonra Bakıya gələcəklər. Lakin üstündən üç aydan çox vaxt keçib və “MSN Tour”un internet ünvanı da, mobil və şəhər nömrələri də işləmir. Çox axtarsaq da, şirkətin ofisini tapmadıq. Əminəm ki, sözügedən şirkətin qurbanları tək biz deyilik və onlarla, hətta yüzlərlə insan bu fırıldaqçıların toruna düşüb”, – deyə A.Salayev qeyd edib.

Araşdırma zamanı müəyyən etmişdi ki, bu şirkət img243-kopiya-1Mədəniyyət və Turizm Nazirliyinin də diqqətini çəkib və nazirlik rəsmisi Mahir Qəhrəmanov “MSN Tour”un rəhbərliyinə xəbərdarlıq edib. “Bir türklə kampaniya edirdilər. Çağırıb yanıma dedim ki, siz bu işlə məşğul olmayın, sizin yeriniz türmədir. Vətəndaşlar bizə zBez-nazvaniya-3əng edib narahatlıqlarını bildirirdilər. Mən öz təcrübəmdən bilirəm ki, belə kampaniyaların axırı yoxdur. Onlara xəbərdarlıq etdim, dedim sizin gələcəyiniz yoxdur. Amma dinləmədilər. Bu şirkətin işi qalıb prokurorluğa, məhkəməyə” , – deyə M.Qəhrəmanov sayta vurğulayıb.

Modern.az saytının yazdığına görə, Turan İsayev Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qardaşı oğludur. 2016-cı ilin may ayında modern.az-da dərc olunan yazıdan çıxarışı oxuculara təqdim edirik: “Hamlet İsaxanlının qardaşı oğlu Turan Suddar oğlu İshamlet-isaxanli-qardasi-ogluayevlə bağlı Modern.az-a daxil olan şikayəti Abşeron rayon sakini Kəmalə Məhərrəmova yazıb. K.Məhərrəmova bildirib ki, Turan İsayev 2013-cü ildə onun adına “VTB bank”dan 18 min dollar kredit götürüb. Bildirib ki, anası xərçəngdir və Türkiyədə mIMG_1973-1üalicəyə aparmalıdır. “Dedi ki, adına müxtəlif banklarda kredit olduğu üçün ona pul vermirlər. Bir yerdə işlədiyimizdən ona inandım və adıma kredit götürülməsinə razılıq verdim. Turan əvvəllər “Bank of Baku”, sonra “Nikoilbank”da işləyib. Daha sonra “MSN Tour” adlı turizm şirkəti yaradıb”.

Turan İsayev kreditin ödənişini vaxtında etmədiyi üçün bank Kəmalə Məhərrəmovanı məhkəməyə verib və pulu geri tələb edir. Bundan sonra şikayətçi Turan İsayev barəsində Xətai rayon Polis Şöbəsinə ərizə ilə müraciət ediimg242-1b. Hazırda işi baş müstəntiq Vüsal Şahbazov araşdırır. Araşdırmalar nəticəsində məlum olub ki, Turan İsayev Gürcüstan vətəndaşıdır və 2016-cı il yanvarın 3-də Azərbaycanı tərk edib. Kəmalə Məhərəmmova deyir ki, onu aldadan şəxsin əmisi Hamlet İsaxanlı ilə əlaqə yaratmaq istəsə də, qəbuluna düşə bilməyib” (modern.az).

Avqustun 16-da “Xəzər” Universitetinin rektoru Hamlet İsaxanlı ilə əlaqə saxladıq. Hamlet İsaxanlı təsdiqlədi ki, Turan İsayev onun qardaşıoğludur. “Bəli, qardaşım oğludur. Amma bundan artıq heç nə deyə bilmərəm. Kimə lazımdırsa, gedib özləri axtarsınlar, tapsınlar, tutdursunlar”, – dey22bb8cc95b2a9659873ee1969eb94a13ə H.İsaxanlı bildirdi.a6f1f1a906665

“Onun harda olduğunu bilirsiniz?” – deyə soruşduq. “Bilmirəm, məlumatım yoxdur”, – deyə rektor cavab verdi. Xatırladaq ki, ötən ilin mart ayında qızının döyülməsi ilə bağlı video yayıldıqda da, Hamlet İsaxanlı soyuqqanlı davranmış, hətta demişdi ki, “o mənim qızım deyil”. Bu dəfə isə cavab bir qədər fərqli oldu. Lakin hələ də bir sual cavabsız qalıb: Görəsən, zərərçəkənlər Turan İsayevi çox axtarmalı olacaq? Yoxsa, vətəndaşları aldadıb pullarını mənimsəyən şəxslərlə bağlı hüquq mühafizə orqanları ciddi tədbir görəcəklər? Qeyd edək ki, müqavilələrə imza atan Cəmalə İsayevanın (Turan İsayevin həyat yoldaşı) ölkədən getmədiyini və hazırda Bakıda yaşadığını da öyrənmişik..

Araşdırmamız davam edir…

Qafqaznews.az

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın