Cümə , Noyabr 27 2020
Ana səhifə / Şou Biznes / “Hamımız o gündə olmuşuq…” – Aygünə dəstək oldu

“Hamımız o gündə olmuşuq…” – Aygünə dəstək oldu

“W-Trio”nun keçmiş solisti, müğənni Elnarə Xəlilova bir neçə gün bundan əvvəl xalq artisti Aygün Kazımovanın paylaşdığı videoya dəstək olub. 

“Qafqazinfo”nun məlumatına görə, o bildirib ki,  Kazımovanın qrupun eks- solistləri və əməkdar artist Tünzalə Ağayevanın arxiv görüntülərini ortaya çıxarmağına etiraz etmir.

E. Xəlilova “ATV maqazin onlarla” proqramına açıqlamasında Aygünün jest etdiyini deyib:

“Bildim ki, pis niyyətlə paylaşılmayıb. Burada başqa niyyət yoxdur. Mən başa düşdüyümü deyirəm. 2000-2002-ci illər arası bu gündə olmuşuq. Necə varıqsa, eləyik. Hamımız o gündəyik.  Aygün Kazımovanın addımı böyüklük idi. Hər adamın işi deyil ki, belə bir jest etsin, addım atsın. Yeri gələndə instaqramda işarələsin, əl uzatsın”.

Həmçinin oxuyun

Ata yurdu işğaldan azad olunan sənətkar: “O torpağın üstündə iməkləyəcəyəm”

“Ağdama biz bir toplu formasında gedəcəyik. Mən də bir əsgər kimi gedəcəm ora. Allah qismət …