Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Şou Biznes / “Hamı ondan nəsə xahiş edir” – Xatirə ərindən danışdı

“Hamı ondan nəsə xahiş edir” – Xatirə ərindən danışdı

Müğənni Xatirə İslam canlı efirdə ailəsindən danışıb.

Bu gün ATV-də “Zaurla Günaydın” verilişində qonaq olan ifaçı həyat yoldaşı haqda geniş açıqlama verib. Xatirə ərinin iki ali təhsil aldığını bildirib. Onun sözlərinə görə, həyat yoldaşı əvvəlcə Bakıda Azərbaycan Dillər Universitetində oxuyub.  Sonra isə ABŞ-da ikinci təhsil alıb.

Xatirə neft sektorunda çalışan həyat yoldaşına çoxsaylı müraciətlərin olduğunu deyib: “Biri deyir ki, xalam oğlunu işə düzəlt. Biri deyir ki, dayım oğlunun düzəlt. Biri övladının problemi ilə bağlı Fəxrəddinə müraciət edir. Bəzən deyirlər ki, filan sözü sən de. Deyirəm yox, özünüz deyin. Həm mənim, həm də özünün qohumları müəyyən xahişlər edir. Hamı ondan nəsə xahiş edir. O da imkan olduqca kömək etməyə çalışır’.

Verilişin aparıcısı Zaur Baxşəliyev canlı efirdə müğənninin həyat yoldaşı Fəxrəddinlə telefon əlaqəsi yaradıb. O, hazırda işdə olduğunu, yalnız bazar günləri istirahət edə bildiyini deyib.

Həmçinin oxuyun

Dilarənin “Toppuş bacı” ilə son yazışması – Foto

“Bizi gec ana olmağımız, artıq çəkili olmağımız bağlayırdı. Tünzalə mədəkiçiltmə əməliyyatı etdirdi, arıqladı. Sağlamlığına görə …