Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Şou Biznes / Hakim bankın göstərişiylə hərəkət edir?

Hakim bankın göstərişiylə hərəkət edir?

Keçən əsrin 30-cu illərində SSRİ-də yeni məhkəmələr peyda olmuşdu ki, onlar xalq arasında “üçlük” adlanırdı. Üç hakimdən ibarət məhkəmələr işə baxılmasına və hökm çıxarılmasına cəmi beş dəqiqə vaxt sərf edirdilər. Bu günlərdə bizə Laçın rayonundan olan məcburi köçkün, hazırda Yasamal rayonundakı 286 saylı orta məktəbdə müəllim çalışan Elşən Vəliyev müraciət edib.

“2011-ci ildə mənim yaxın qohumum Fər13599003_1020537768012465_1330094816_nzəliyev Turab Fərzalı oğlu mənimlə görüşərək dedi:” Elşən müəllim, sən mənim qohumumsan,mənə yaxın olan “Access Bank” dan kredit götürmək istəyirəm,mənə köməklik etməyin lazımdır”. Fərzəliyev Turab yaxın qohumum olduğu üçün ona bir insan kimi inandım və zamin durmağa razılıq verdim. Mənimlə eyni vaxtda zamin kimi mənimlə çalışan Nazxanım Süleymanovanı, Turabın qardaşı İnşallah Fərzəliyevi və polis sistemində işləyən Telman Quliyev adlı şəxsi rəsmiləşdirdilər. Turaba “Acces Bank”dan kredit verilməsi barədə müqavilə 2011-ci il noyabrın 28-də bağlandı”, – deyə E.V13595848_1020539778012264_1976086558_nəliyev bildirib. Onun sözlərinə görə, 2014-cü ildə ona “Access Bank” QSC-nin Ramil adlı əməkdaşı zəng edərək bildirdi ki, Turab Fərzəliyevə ikinci kredit xətti açılır: “Mənə dedi ki, “sizin banka gəlməyinizə ehtiyac yoxdur, telefonda razılığınızı bildirsəniz, biz ona 2-ci kredit xətti açarıq”. Mən ona qəti şəkildə etirazımı bildirdim, lakin sonradan öyrəndim ki, “Acces Bank” əməkdaşları mənim razılığım olmadan adımı ikinci kredit müqaviləsinə zamin kimi yazıblar. 16 iyun 2016-cı il tarixində isə Laçın rayon məhkəməsində prosesdə iştirak etməyim üçün mənə bildiriş məktubu gəldi.Qeyd olunan tarixdə Ağcəbədi rayonunda yerləşən Laçın rayon məkəməsinə getdim.

Məhkəmə prossesi saat 12:00-a təyin olunmuşdu. Məkəmə prossesi məhkəmə zalında keçirilməli olduğu halda, hakim Cavad İbrahimov kobud qanun pozuntusuna yol verərək, məhkəmə prosesini inzibati iş otağında, həm də məhkəmə xalatında deyil, adi gündəlik geyimində aparmaq istədiyi üçün etiraz etdim .C.İbrahimov etinasız bir şəkildə “Burada nə var 1917377_1263869726956848_616882418502452176_n-300x300ki,beş dəqiqəlik işdir,tələsirəm,”hə-yox “edək,məni uşaqlar gözləyirlər”. Proses 12:47-də, C.İbrahimovun otağında başladı.Mən hakimə etiraz etdim və bildirdim ki, 300 km məsafəni beş dəqiqəlik iş üçün gəlməmişəm,xahiş edirəm işə ədalət prinsiplərinə uyğun baxın.C.İbrahimov etirazıma baxmayaraq, ayaqüstə,harasa tələsirmiş kimi “onun təbirincə” desək,beş dəqiqəyə məhkəmə işini bankdan pul götürən Turab Fərzəliyevin iştirakı olmadan (əslində T.Fərzəliyevin özü olmasa da,nümayyəndəsi iştirak etməli idi) bitirdi.

Əvvəlcə, məhkəmə nümayəndəliyi tərəfindən T.Fərzəliyevin şəxsi kapitalı yoxlanılmalı idi. Bir qohum kimi mən dəqiq bilirəm ki, özünün ferması və qəssabxanası olan bu şəxsin maddi kapitalı bank borcunu ödəyəcək qədər var. Hakim Cavad İbrahimov qərar çıxardı ki, 16 min 789 dollar İnşallah Fərzəliyevdən, məndən və Nazxanım Süleymanovadan tələb olunmalıdır. Lakin yalnız mən və Nazxanım Süleymanovanın daimi işi olduğuna görə, qərara görə, bu pul bizim ikimizin maaşından çı13608273_1020541254678783_908383443_nxılacaq”.

E.Vəliyevin fikrincə, C.İbrahimovun göstərişi ilə hərəkət edib.“O, həmçinin, bir neçə ay baş vermiş bir münaqişəyə görə, məndən qisas alıb”, – deyə E.Vəliyev əlavə edib. “Access Bank” Elşən Vəliyevi yeni kredit müqaviləsində zamin elan etmək hüququna malik idimi?

Bu suala cavab almaq üçün, hüquqşünas Erkin Qədirliyə müraciət etdik.“Bank və borclu arasında müqaviləyə dəyişiklik zamanı zaminin imzası da tələb olunur”, – deyə E.Qədirli  bildirib. Biz “Acces Bank» nümayəndəsi Ramilin də fikrini öyrənmək istədik. Ramil (soyadını bizə bildirmədi – red.) sayta dedi ki, Elşən Vəliyev bütün sənədlərə imza atıb. Qeyd edə1444901798k ki, Ramilin mobil nömrəsi ilə sosial şəbəkələrdə Nağıyev soyadlı profil tapdıq.“O zamin kimi öz imzanını dəyişilmiş müqavilədə qoymuşdumu?” – deyə jurnalistimiz soruşdu. “Mən sizə informasiya vermək hüququna malik deyiləm. Amma deyə bilərəm ki, Elşən Vəliyev zaminliklə bağlı sənədlərə imza atıb”, – deyə bank nümayəndəsi bildirib.

“Kredit xətti haqda müqavilə var. Bu müqavilə müəyyən müddətə bağlanır”, – deyə “Access Bank”ın Ağcabədi filialının əməkdaşı Hacıağa İbrahimov bildirib. H.İbrahimov qeyd etdi ki, müqavilədə dəyişiklik olubsa, zamin imza qoymadan da zamin kimi qalmağa davam edir.O, Elşən Vəliyevin həqiqətən də dəyişilən müqaviləyə imza qoymayıb. Sözardı: 2014-cü il mayın 15-də Məhkəmə-Hüquq Şurasında keçirilən iclas zamanı isə vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun pozuntularına yol verdiyinə görə Gəncə inzibati-iqtisadi məhkəməsinin hakimi Cavad İbrahimovun vəzifədən azad olunması barədə qərarlar qəbul olunub (news.milli.az).

Həmçinin oxuyun

“Başıma bu cür faciə gəldi, reytinq yığdılar” – Mətanət İsgəndərli

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni həmişə vurur. Hər şeyi …

Bir cavab yazın